İşıq-qazı baha satanlar padşah kimi yaşayır: Politika.Az-ın biznes araşdırması

Politika.Az-ın biznes araşdırması
Dekabrdan işığın tarifləri bahalaşıb, yanvardan isə qaz yeni qiymətlərlə əhaliyə satılacaq. Hər üç iki qurumun rəhbəri isə padşah kimi yaşayır

Politika.Az-ın xəbərinə görə,
“Azərişıq” ASC sədri Baba Rzayev və “Azəriqaz” İstehsalat Birliyi rəhbəri Əkbər Hacıyevin geniş biznes imkanları var.

Milyarder oliqarxlara çevrilmiş dövlət məmurlarının əldə etdiyi bu imkanlar heç də aylıq əmək haqqı hesabına başa gəlməyib.

Məhz maxinasiyalar, büdcə pullarının yeyintisi, korrupsiya və tender layihələri ilə istəklərinə nail olublar. Əslində, ictimaiyyət və xalq bilir ki hər iki məmur necə yaşayır.

Amma əhalinin vəziyyətini nəzərə almadan Tarif Şurasına artım üçün müraciət edənlərin necə yaşadığını faktlarla bilmək maraqlıdır.

Baba Rzayev elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər olan bir çox sahələr nəzarət etdiyi bildirilir.

Bu sahələrdə monopoliyanı bir neçə ildir ki, əlində saxlayan Baba Rzayev həm də rəsmən səhmdardır. “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 70 faizi Baba Rzayevə, 30 faizi onun ailə üzvlərinə məxsusdur.

“Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi. Əvvəllər “Bakelektro” ASC-nin icraçı direktoru olan Baba Rzayev yeni vəzifəsinə təyinatdan snra bu şirkətdəki vəzifəsini qardaşı Emin Rzayevə transfer edib.

Məhz bu şirkət dünyaca məşhur şirkətlərin Azərbaycandakı rəsmi distrübütorudur. Söhbət “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” kimi şirkətlərdən gedir.

Politika.Az-ın xəbərinə görə, Əkbər Hacıyevin ən yaxın qohumlarından biri metal biznesi ilə məşğul olur. Onun maliyyələşməsinə isə baş direktor baxır.
Xatırladaq ki, “Azəriqaz” sistemində ciddi təsərrüfatsızlıq hökm sürür, Əkbər Hacıyevin bu struktura rəhbər təyin edilməsindən sonra qaz təsərrüfatı barədə heç bir anlayışı olmayan şəxslər vəzifələrə təyin olunub.

“Azəriqaz” sistemində hər il azı 1 milyard kubmetrə yaxın qaz itkisi qeydə alınır, yaxud itki kimi rəsmiləşdirilir.

İşə qəbul zamanı Birliyin baş direktoru Əkbər Hacıyevin qohum-əqrəbasına, dostlarına, dostlarının dostlarına yaşıl işıq yandırılıb. Ştat cədvəlləri şişirdilib. Istehsalat Birliyinin aparatındakı işçilərin sayı bir neçə dəfə artırılıb.

Politika.Az xatırladır ki, Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Bu isə o deməkdir ki, qazdan və işıqdan çox istifadə edən ailələr batdı.

Eyni zamanda iş adamları, obyekt sahibləri, təsərrüfatı olan şəxslərə böyük zərbə endirildi. Bakıda xeyli sayda yeni binalar var ki, qazla təmin olunmayıb və onlar elektrikdən çox istifadə etmək məcburiyyətində qalıb.

Bu da həmin ailələr üçün elektrikin bahalaşması deməkdir. İqtisadi böhran əhalinin gününü göy əskiyə bükməkdə davam etdikcə İqtisadiyyat Nazirliyinin Tarif Şurası çarpaz zərbələr vurmaqdadır.


Politika.Az



Oxunub: 3668


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il