Onlayn mediada orijinal layihə: Politika.Az-dan dövlət qurumlarına müraciət

Politika.Az-dan dövlət qurumlarına müraciət
Elektron medianın inkişaf dairəsi genişlənir. Azərbaycanda internet azaddır və ondan sərbəst şəkildə istifadə olunur. Çap mediasının zəiflədiyi zamanda müxtəlif saytlar, portallar neydana çıxır

Amma rəqabət mühitində heç də onların hamısı özünü qoruyub saxlaya bilmir. Çünki bugünkü operativ, səhih və qərəzsiz informasiya tələb edir. Bu baxımdan rəqabətdə geri qalan bəzi sayt və portallar media mühitini tərk etməli olurlar.

Onlayn mətbuatın populyar üzvlərindən olan Politika.Az xəbər portalı isə qarşısında fəaliyyətini daha da genişləndirmək, inkişaf etdirmək və mətbuatın ən qabaqcıl informasiya mərkəzlərindən birinə çevrilməyi hədəf qoyub.

O baxımdan son aylarda daha böyük oxucu auditoriyasına çıxmış və oxucu rəğbəti qazanmış Politika.Az informasiya siyasətində böyük spektri əhatə etməyi hədəfləyib.

Artıq müsbət işgüzar əməkdaşlıqvə informasiya dəstəyi vermək istəyən dövlət orqanlarından müraciətlərimizə cavab alırıq. Məqsəd qarşılıqlı əməkdaşlıq, dövlət orqanlarının mətbuat xidməti ilə işləmək, hadisəni yerindəcə aydınlaşdırmaq və hərtərəfli təqdim etməkdir.

Bəzən bir informasiya qarşı tərəfin rəyi olmadan işıqlandırılır və bu məsələdə təkcə portalın yox, dövlət qurumunun da günahı olur. Ona görə də qarşılıqlı əməkdaşlıq nəticəsində daha sanballə xəbər təqdim etmək mümkündür.

Politika.Az xəbər verir ki, hələlik müraciətlərimizə Baş prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, “Qaçqınkom”, Səfərbərlik və Hərbi Çağırış Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müsbət reaksiyalar var.

Həmçinin, Rəssamlıq Akademiyası, Dövlət İqtisad Universiteti, Müasir Müsavat Partiyası, Dövlət Miqrasiya xidməti, Bakının Nizami və Xəzər, Naftalan rayon icra hakimiyyətləri müraciətlərimizə cavab verərək, əməkdaşlıq etməyə razı olduqlarını bildiriblər. Eləcə də müxtəlif kommersiya qurumları işgüzar əməkdaşlığa hazır olduğunu bildirib.

Politika.Az xəbər portalı “Rəvan informasiya agentliyi” MMC-yə tabedir və hüquqi ünvanı Ağdam rayonu olsada, əslində redaksiyaBakıda yerləşir.

Bir daha dövlət qurumlarına göndərdiyimiz müraciəti təqdim edir və hər zaman informasiya dəstəyi verməyə hazır olduğumuzu qeyd edirik:

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının bütün fəaliyyət sahələrinə olduğu kimi ölkə mediasının inkişafına göstərdiyi diqqət və qayğı göz önündədir. Ölkə mediasının tərəqqisinə sərgilənən bu qayğının nəticəsidir ki, hazırda Azərbaycanda telekanalların, yazılı və elektron KİV-lərin maneəsiz fəaliyyətinə hər cür şərait yaradılıb.

Bu baxımdan son illər bütün dünyada olduğu kimi Azərbaycanın informasiya məkanında da elektron KİV-in, sayt və xəbər portallarının digər ənənəvi media quruluşlarını üstələməsi müşahidə edilir. Bu informasiya təminatının müasir forması olmaqla yanaşı daha operativ xəbərləşmək fürsətinin dəyərləndirilməsi ilə izah olunur.

Ölkəmizdə də kifayət qədər sayt və xəbər portalları fəaliyyət göstərir. Politika.Az saytının isə onların içərisində xüsusi dəst-xəttinin olması, xəbər istehsalında müsbət mənada fərqlənməsi, operativliyi, ucuz xəbər arxasınca qaçmaması, dövlətçilik ideyalarını təbliğ etməsi hər kəsə bəllidir.

24 saat ərzində fasiləsiz işləyən Politika.Az-ın kollektivi üçün ən başlıcası oxucu məmnuniyyətidir. Elə bunun nəticəsidir ki, saytımızın gündəlik ziyarətçi sayı durmadan artır, gün ərzində 30-40 min daxilolma ilə Politika.az ölkə mediasının liderləri cərgəsində qərarlaşmağı bacarıb.

Biz əldə etdiyimiz uğurları qoruyub saxlamaqla yanaşı yeni media layihələri üzərində də çalışmaqdayıq.

Onlardan biri isə dövlət qurumları, nazirlik və komitələr, millət vəkilləri, rayon və şəhər icra hakimiyyətləri, idarə-müəssisələrlə əlaqəli şəkildə çalışmaq, onların istənilən hadisə ilə bağlı mövqelərini operativ və dolğun şəkildə mediada işıqlandırmaqdır.

Bu əməkdaşlıq xəbərin ilk mənbədən alınmasına xidmət etdiyindən bəzi hallarda yol verilən yanlış informasiyaların tirajlanmasının da qarşısını almış olacaq. Odur ki, Politika.Az saytı olaraq Sizə əməkdaşlıq təklifi edir və bu əməkdaşlığın bütün tərəflərə töhfə verəcəyinə inandığımızlı ifadə edirik. Təklifimizi dəyərləndirəcəyinizə inanır və Sizə öncədən dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə

Politika.Az saytının kollektivi



Politika.Az



Oxunub: 1502


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il