Rövşən Lənkaranskinin varisi Avropanın kralına çevrildi

Rövşən Lənkaranskinin varisi Avropanın kralına çevrildi
Ötən yazımızda qətlə yetirilmiş qanuni oğru Rövşən Canıyevin Avropadakı bağlantıları, İtaliya və çeçen mafioziləri ilə əlaqələri, müxtəlif Avropa ölkələrindəki biznes şəbəkəsi haqda yazmışdıq

Qeyd etmişdik ki, bu böyük biznesin varisi çeçen avtoritet Həmzət Qantemirovdur.

Bəs Həmzət kimdir və onu Lənkaranski ilə tanışlığı nə vaxtdan başlayıb.

24 saat.org Həmzət Qantemirovla bağlı maraqlı faktlar aşkarlayıb.

Uzaq 90-cı illər və Aravik restoranı

Həmzətin cinayət aləminə qədəm qoyması 90-cı illərin əvvəlində olub. O Moskvaya gələndən az sonra ətrafına adamlar toplamağa başlayıb. Həmin illərin Moskvası artıq müxtəlif qruplaşmaların arasında bölünmüşdü. Kimsə öz payını asanlıqla verən deyildi. Həmzətin qruplaşması rəqibləri arasında amansızlığı ilə qısa zamanda ad çıxardı.

İlk zərbəni ermənilər hiss etdi. Kiyev dəmiryol stansiyasının yaxınlığında yerləşən Arevik adlı erməni restoranı Həmzətin nəzarətinə keçən ilk obyekt idi. Buna nail olmaq üçün tanınmış 2 erməni mafiozinin qulağı kəsilmişdi.

Daha sonra gürcü qruplaşmaları ilə müharibə başladı. Əsas məqsədi məşhur Arbat küçəsindəki “Mziuri” restoranını ələ keçirmək idi.

Restoran Gürcüstan diplomatik heyətinə məxsus olan binanın zirzəmisində yerləşirdi. Sonucda “Mziuri”nin sahibi Həmzətə boyun əyib aylıq ödəməyə razı oldu.

“Müharibə”lərin sonrakı etapında Arbatdakı obyektlərin böyük hissəsi Həzətin nəzarətinə keçdi.

Şakro ilə sülh

1999-cu ildə Həmzət Moskvada artıq böyük nüfuza malik idi. 2000-ci illərdə Rövşən Canıyev Moskvada peyda olarkən onlar qarşılaşırlar.

Xarakterlərindəki oxşarlıq onları yaxınlaşdırır və sonda onlar öz klanlarını birləşdirmək qərarı verirlər.

Rövşənin ölümündən sonra İtaliyanın Pozitano şəhərindəki 2 lyuks oteli -“Le Sirenuse” ( 52 milyon avrora alınıb), diğəri “ Hotel Covo dei Saraceni”-dir (49 milyon avro), həmçinin Almaniyanın Münhen şəhərindəki “Hotel Sofitel Munich Bayerpost” çeçen avtoritetin nəzarətinə keçib.
Rövşən Lənkaranskinin varisi Avropanın kralına çevrildi
Le Sirenuse oteliLe Sirenuse oteli

Canıyev Almaniyadakı oteli Həmzətlə şərik olaraq 82 milyon avroya almışdı.

Məsələ ondadır ki, Canıyevlə yanaşı onun qatı düşməni Zaxari Kalaşovun (Şakro Molodoy) da varisi məhz Həzət olub. Lənkaranskinin ölümündən sonra Həmzət Şakro ilə sülh bağlayıb. Şakroya da Həzətin Avropa bağlantıları vacib idi. O bilirdi ki, Qantemirov Avropaya MDB-dən köçən bütünqızıl-zinyət əşyaları ilə alver edənlərin hamısını nəzarətdə saxlayır. Yeni şəriklər Belçikada məşhur “Zinyət evi”nin 50 faizlik səhmlərini alır.
Rövşən Lənkaranskinin varisi Avropanın kralına çevrildi
Həmzət və LənkaransiHəmzət və Lənkaransi

Şakro həbs edildikdən sonra həmin səhmlərə nəzarəti tam olaraq Qantemirova devr edilir.

Ulduzu parlayan 41 yaşlı çeçen avtoritet artıq Amerika Birləşmiş Ştatlarında da fəallığını artırıb. Bu yaxınlarda o, Las-Veqasın ən məşhur “Caesars Palace” adlı kazino otelinin sahibi olub.



Politika.Az



Oxunub: 2376


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il