Eynulla Fətullayev hansı məmura 2 gün vaxt verib?

Eynulla Fətullayev hansı məmura 2 gün vaxt verib?
Xəbər verildiyi kimi Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Hağı ilə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev arasında qalmaqal yaranıb

Qalmaqala səbəb Eynulla Fətullayevin erməni jurnalist Suzan Çaqinyanı işə götürməsidir. QAT sədri baş redaktorun bu addımına sərt münasibət bildirib. Akif Nağı bu barədə “Facebook” səhifəsində yazıb: “Mənə xəbər çatdı ki, Eynulla Fətullayev “məşhur erməni jurnalisti” Suzan Çaqinyanı redaksiyasında işə götürüb və sübut eləməyə çalışır ki, guya çox böyük iş görüb.

Əslində çox böyük qələt eləyib, başını da daşa döyüb. Eynulla Mircəfər Bağırovdan ağıllı və hökmlü olacaqmı ki, ermənini yanında saxlasın, ondan istifadə etsin. O olayı haminiz bilirsiniz”.

QAT sədri Eynulla Fətullayevi ermənilərə qucaq açmaqda ittiham edib: “Eynullaya sözümü qısa deyirəm; erməni qan***ını rədd edirsən gedir. Sənə 2 gün vaxt veririk. İstəsən, özün də onun dalınca gedə bilərsən”.

Eynulla Fətullayevin də cavabı sərt olub. Baş redaktor bildirib: “Bir məmura xəbərdarlıq!!! Mən Akif Nağı kimi dü*üyə cavab verməyəcəm. Cavabım sənə olacaq. Özünü yığışdır, sənə 2 gün vaxt verirəm. Yoxsa açıq hücuma keçəcəm sənə qarşı. İtini yığışdır!!!”

Baş redaktorun cavabında “Bir məmura xəbərdarlıq” ifadəsi diqqət çəkir. Eynulla Fətullayev bununla açıq şəkildə iddia edir ki, Akif Hağını hansısa məmur himayə edir. Baş redaktor hesab edir ki, QAT sədrini ona hücumu həmin məmurun razılığı ilə baş verib. Bu baxımdan da Eynulla Fətullayev Akif Nağıya deyil, həmin məmura xəbərdarlıq edib.

Baş redaktorun hansı məmuru nəzərdə tutduğunu söyləmək çətindir. Amma bəzi iddialara görə, Akif Nağı prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənova yaxındır.(24saat.org)

Politika.Az



Oxunub: 3490


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il