Agentliyə 1 yaş sürprizi: “Azəravtoyol” və Nəqliyyat Nazirliyi ləğv olunur - ÖZƏL

Agentliyə 1 yaş sürprizi: “Azəravtoyol” və Nəqliyyat Nazirliyi ləğv olunur
Ötən dekabrın 21-də Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradıldı.

Politika.Az-ın məlumatına görə,
agentliyin yaradılmasının bir ili tamam olub. Bu qurum sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə nəzarəti həyata keçirir.

Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Agentliyin tabeliyinə verilib. Əldə etdiyimiz son xəbərə görə, nazirliyin və “Azəravtoyol” ASC-nin də agentliyin tabeliyinə verilməsi gündəmə gəlib.

Nəqliyyat naziri Ziya Məmmədovun Trampla bağlı ümidləri fıs çıxandan sonra nazirliyin ləğv edilməsi yenidən aktuallaşıb. Eyni zamanda “Azəravtoyol” ASC-nin də böhran dövründə izafi xərclərə səbəb olduğu deyilir.

Əslində, həmin qurumun yaradılması Nəqliyyat Nazirliyinin ləğvi deməkdir. Çünki həmin agentlik yalnız Bakı şəhəri üçün nəzərdə tutulub.

Onun səlahiyyət dairəsi Bakı şəhərindən kənara çıxmır. Həm də yük daşımalarla bağlı fəaliyyət, ona nəzarət hələ də Nəqliyyat Nazirliyinə məxsusdur. Bu fəaliyyətin də agentliyə verilməsi nəzərdə tutulur.

Bakı Nəqliyyat Agentliyi bilavasitə Bakı şəhərindəki məsələlərə cavabdehdir. Nəqliyyat Nazirliyinin işi isə bütün ölkəni əhatə edir. Və bu sahədə dövlət siyasətinin həyata keçirilməsində bilavasitə cavabdeh olan qurumdur.

Ancaq mövcud vəziyyətlə əlaqədar Bakı üzrə bilavasitə Bakı Nəqliyyat Agentliyi bu siyasəti həyata keçirir. Məsləhətləşmələr nəticəsində təklif səslənib ki, həm nazirlik, həm də ASC-nin ayrılıqda fəaliyyət səmərəsizdir, büdcəyə israfdır.

Politika.Az xəbər verir ki, onların ayrı-ayrılıqda fəaliyyətinin israfçılığa səbəb olması özünə yaxın qurumlarla birləşdirilməsinə zərurət yaradıb. Nazirlər Kabineti struktur islahatlarının qaçılmaz olduğunu müşahidə edir.

Torpaq və Xəritəçəkmə Komitəsi kimi adıçəkilən bu qurumların da ləğvi gündəmdədir. “Azəravtoyol” ASC-nin də ayrılıqda fəaliyyəti mənasızdır. Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil.

Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır.

Bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır.

Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb. Nəqliyyat Nazirliyi isə əsas səlahiyyətlərni itirib və quru bir binadan ibarətdir. Ona görə də hökumət belə bir ciddi struktur islahatına hazırlaşır.

Politika.Az



Oxunub: 10791


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il