Abutalıbova heyrətamiz zərbə: yaşıllıq qatili olan departament nazirliyə verilir - İslahat

 yaşıllıq qatili olan departament nazirliyə verilir
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Departamenti ləğv olunur

Bu haqda Politika.Az-a daxil olan xəbərə görə,
qurumun səlahiyyətlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməsi nəzərdə tutulur.

Bu qurumun ləğv edilməsi haqda qərarı Bakı meri Hacıbala Abutalıbov verməlidir. BŞİH rəhbəri qarşısında tələb qoyulub ki, antiböhraqn tədbirləri və struktur islahatları çərçivəsində departament ləğv edilsin. Onun vəzifələrini isə ETSN həyata keçirəcək.

Onsuz da bu sahə birbaşa nazirliyin işidir və şəhərin yaşıllaşdırılması prosesini ayrı-ayrılıqda iki qurumun həyata keçirməsi izafi xərcdir. O baxımdan antiböhran tədbirləri olaraq sözügedən Təsərrüfat Birliyinin ləğvi planlaşdırılır.

Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir.

Birlik təsərrüfat həsablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir.

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir.

Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir.

Politika.Az-a daxil olan xəbərə görə, departament rəhbərliyi gözləntiləri doğrultmayıb və nazirliyə etimad göstəriləcək.

Bir müddət əvvəl prezident İlham Əliyev cənabları keçirdiyi müşavirələrin birində üzünü məmurlara tutaraq sərt xəbərdarlıq elədi:

"Bundan sonra haradasa iş adamı, yaxud vəzifəli şəxsin ərazini hasarlayıb, ağacları kəsib, özü üçün mülk, obyekt tikdiyini eşitsəm, həmin binalar, obyektlər söküləcək və buna yol verən şəxslər isə ağır cəzalandırılacaqlar.
Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə bu gündən qadağa qoyuram".

Yaşıllaşdırma Təsərrüfatı Birliyi xoşagəlməz hallara qarşı yetərincə mübarizə apara bilmir. Məsələn, hazırda istirahət parklarının bir çoxunda yaşıllıqdan əsər-əlamət belə qalmayıb. Olan-qalan ağacları da qırıb əvəzində restoran, kafe, əyləncə mərkəzləri ucaldıblar.

Politika.Az olaraq nəzərinizə çatdıraq ki, bu işlərə birbaşa cavabdeh olan qurum Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyidir.

Qurum öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri Xidməti İdarəsi kimi təşkilat və müəssisələri öz tərkibində birləşdirir.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, birliyin baş direktoru Vaqif Novruzovun səhlənkarlığı nəticəsində paytaxtda yerləşən parkların bir çoxunda, eləcə də yol kənarlarındakı yaşıllıqlar kütləvi şəkildə məhv edilib.

Politika.Az



Oxunub: 4106


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il