Politika.Az-ın agentlik yazısı təsdiqləndi: Akim Bədəlovun statusu niyə dəyişdi? - Araşdırma

Akim Bədəlovun statusu niyə dəyişdi?
Politika.Az-ın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi barədə yazdıqları təsdiqlənir

Qurumun ləğv olunacağı və bu şirkətin sədri Akim Bədəlovun prezidentin etimadını doğrultmadığı haqda iddialar reallığı əks etdirir. Bu günlərdə mətbuat Agentliyin fərsiz fəaliyyətinin nədən ibarət olduğunu yazıb.

Məlum olub ki, Hesablama Palatası AREA-da həyata keçirdiyi audit yoxlamanın nəticələrini artıq Milli Məclisə göndərib.

Beləliklə, yoxlama zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. Kollegiyanın məlumatında deyilir ki, yoxlama Dövlət Agentliyində və onun tabeliyində olan , “Azalternativenerji” MMC-də həyata keçirilib.

Məsuliyyətsizlik o dərəcədə olub ki, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib.

Axı tədbirlər necə görülməli idi, başı büdcə vəsaitlərini necə gəldi xərcləməyə qarışmış Akim Bədəlovun buna vaxt ayırmağa vaxtımı var idi?

Təzadlar.az yazıb ki, dövlət başçısı Azərbaycanda kifayət qədər alternativ enerji mənbələrinin olduğunu nəzərə alaraq belə bir agentliyin müstəqil dövlət qurumu kimi fəaliyyətinə etimad göstərmiş, yaşıl işıq yandırmışdı.

Bəlli olur ki, qurumun günahı yoxdur, sadəcə rəhbərliyi işini düzgün qurmayıb. Bu da Hesablama Palatasının məlum yoxlaması ilə bir daha təsdiqini tapmış oldu.

Politika.Az-ın xəbərinə görə, struktur islahatları getdiyi bir dönəmdə bu agentliyin ləğvi və ya hansısa idarəyə birləşdirilməsi on dərəcə realdır. Hesablama Palataının yoxlaması da bundan xəbər verir.

Çünki iş o yerə çatdı ki, hər il dövlət büdcəsindən on milyonlarla (qrantlar, kredit resursları da daxil) vəsait qapazlayan bu dövlət qurumu heç 3 il də olsun Əsasnaməyə və adına uyğun fəaliyyət göstərə bilməyib.

Nəticədə bu yaxınlarda-24.11.2016-cı il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirildi.

Belə ki, Prezidentin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılması qərara alındı.

Politika.Az



Oxunub: 1670


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il