Politika.Az bankların sabotajını ifşa etdi: ölkədə rəsmən dollar satılmır - Siyahı

ölkədə rəsmən dollar satılmır
Azərbaycanda dollar ajiotajı yaşanır

Politika.Az-ın əməkdaşı ötən gün paytaxtdakı banklarda reyd keçirib.
Kiçik araşdırma zamanı məlum olub ki, bankların heç biri dollar satmır.

Müxbirimizin verdiyi xəbərə görə, banklarda valyuta mübadiləsi dayandırılıb və istənilən banka yaxınlaşanda monitorların söndürülməsinin şahidi olmaq mümkündür.

Hazırda “Azərbaycan Beynəlxalq Bankı”, “Əmrahbank”, “Muğanbank”, “Unibank”, “Xalqbank” və s. banklarda dollar satışı həyata keçirilmir.

Ölkədə rəsmən dollar sabotajı gedir. Qara bazarda isə xarici pullar at oynadır. Bu prezidentin iqtisadi və valyuta siyasətinə qarşı təxribatdır, sabotajdır.

Məmurların himayəsində olan bankların dollar satmaması cinayət məsuliyyəti yaradır. Prezident qara bazara qarşı mübarizə və maliyyə sabitliyi barədə möhlət verib.

Banklar isə 1.83 manatla dolları satdığını elan edir. Artıq dollar 2 manata çatıb. Halbuki, bu məzənnə ilə də dollar satışı yoxdur.

Politika.Az-ın xəbərinə görə, “Bank of Baku”, “Rabitə bank”, “Respublika bank” və digər banklar da dollar satışını dayandırıb.

AMB sədrinin tam üzən məzənnəyə keçid hazırlığı haqda çıxışı o deməkdir ki, iqtisadiyyatın, manatın taleyi Allahın ümidinə buraxılır. Baş bankirin xəbərdarlığı hökumətin maliyyə və valyuta siyasətində yanvardan nələrə gedəcəyinin anonsudur.

Azərbaycanın iqtisadi həyatında 2017-ci il üçüncü və bəlkə də tam devalvasiyanın başlanğıcı ili olacaq. Əgər tam devalvasiyaya gedilərsə ölkədə ağır bir dövr başlana bilər.

Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də okenanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb.

Nəticədə, FES-ın qərarından öncə “qara bazar”da 1 dollar 1.83 manata satılırdısa artıq 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Bu isə o deməkdir ki, FES-in qərarından sonra “qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb.

Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz.
Əvvəllər bildirdiyim kimi, “qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir.

Bu isə o deməkdir ki, FES qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək.

Politika.Az



Oxunub: 2361


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il