Seçicilər milyonlarının vəkili olan deputatı axtarır: Xanlar Fətiyev hardadır? - ÖZƏL

Xanlar Fətiyev hardadır?
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin seçiciləri bərk narahatdır. Onlar deyirlər ki, deputat Xanlar Fətiyevdən səs-səmir gəlmir.

Seçicilər nigarandırlar ki, millət vəkili işıq-qaz pulunu ödəməyə, bayramqabağı bazarlıq etməyə imkan tapırmı ya yox.


Bu barədə Politika.Az-a yazan seçicilər qeyd edirlər. Onların sözlərinə görə, X.Fətiyevin biznes fəaliyyəti seçicilərlə maraqlanmağa imkan vermir. Gəncə sakinləri bildirirlər ki, deputat əhalinin yox, biznesinin vəkilidir.

O, 1994-1997-ci illərdə “Elruz” kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə “Avestas” firmasının baş direktoru, 2003-2004-cü illərdə “Aznur” MMC-nin baş direktoru vəzifələrində çalışıb.

2004-cü ildən bu günə kimi isə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində işləyir. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

Xanlar Fətiyevin Gəncə şəhəri ilə yanaşı, Bakıda da biznes şəbəkəsi yarada bilib. Belə ki, onun paytaxtın Yasamal rayonunda bir neçə iri biznes obyekti var.

Deputat olduğu müddətdə Bakıda özünə iri biznes strukturları qurmağa müvəffəq olan deputatın Yasamal və Nəsimi rayonlarında bir neçə apteki və digər obyektləri fəaliyyət göstərir.

Politika.Az xəbər verir ki, Fətiyevin deputat olduğu bu müddət ərzində bircə dəfə olsun parlamentin iclaslarında çıxış etməməsi seşçiciləri tərəfindən həmişə qınaqla qarşılanıb. Maraqlıdır, görəsən, deputat niyə danışmır?

Məgər, onun mətbuat vasitəsilə seçicilərinə, ictimaiyyətə, geniş auditoriyaya deyəcək sözü yoxdurmu? Yoxdur, çünki deputatı seçicilərinin problemi deyil, sahib olduğu milyonların gələcək taleyi düşündürür.

Mətbuatda isə Fətiyevin bir neçə açıqlamasına rast gəlmək olar ki, bu da “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və “Kəpəz” futbol klubu ilə bağlıdır.

Bu məsələ onun üçün daha çox önəm daşıyır. Ona görə də biznesinin və əldə etdiyi milyonların gələcək taleyi onu daha çox narahat edir.

Xanlar Fətiyevin daha bir "keyfiyyəti” Kür çayından Gəncə Avtomobil Zavoduna, eləcə də Avtomobilçilər qəsəbəsinə gələn 10 kilometrlərlə iri diametrli dəmir boruların satılaraq mənimsənilməsi zamanı üzə çıxıb.

Amma Gəncə Avtomobil Zavodu bu günə kimi ayrılan külli miqdarda investisiyaya baxmayaraq, müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə bilməyib.

Ötən il ərzində zavodda 1000-ci traktor konveyerdən çıxsa da, "Aqrolizinq” ASC ilə aralarında bağlanmış 35 milyon manatlıq dəyərində 500 ədəd traktorun qiymətlərini süni olaraq şişirtməklə 10 milyondan çox vəsaitin mənimsənildiyi iddia olunur.

Politika.Az



Oxunub: 2364


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il