Pedaqoji Universitetdə rüşvətin “pedaqoji” sistemi və ixtisarlar işə düşdü - Eksklüziv

Pedaqoji Universitetdə rüşvətin “pedaqoji” sistemi və ixtisarlar işə düşdü
Azərbaycan Dövlət Pedaqoji Universitetində iki proses paralel addımlayır

Bu haqda Politika.Az-a daxil olan xəbərdə iddia olunur.


Məlumata görə, yaşlı müəllimlərin ixtisarına və tələbələrdən qış semestrinin pulu yığılmağa başlanıb.

Mənbə qeyd edib ki, hər il tələbələr soğan qabığı kimi soyulur. Düzdür, oxuyan tələbələrə güc-bəla da olsa qiymət yazılır.

Amma bu hallar istisnadır. Əksər tələbələr incidilir, imtahandan kəsilir, get-gələ salınır, müəllimə hörmət etməklə iş yoluna qoyulur. Özəl ali məktəblərdən fərqli olaraq ADPU-da dekanlar imtahan pulunu yığmır.

Bu vəsaitlər ayrı-ayrı müəllimlərin cibinə axır. Sonra müəllimlər rektorluqla hesablaşır. İllərdir ki, sözügedən dövlət universitetində bu sistem yeriyir.

Rektorluq bu baxımdan rüşvət iddiaları təkzib edir. Hətta iş böyüyəndə hansısa müəllimi “günah keçisi” çıxarıb işindən uzaqlaşdırırlar. Bundan əlavə, ADPU-da ixtisarlar gedir. İşçilərin sayının azaldılması böhranla əlaqələndirilir.

Politika.Az xəbər verir ki, rəhbərlik özünü müasir və rüşvətə qarşı mübarizə aparan qüvvə kimi təqdim edə bilməyib. Əksinə, bu ali məktəbi daha betər günə salıb.

İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Bundan başqa kredit sisteminə keçidlə əlaqədar olaraq universitetlərdə birmənalı olaraq imtahanlar ya yazılı yada komputerlə baş tutur. Ancaq Dövlət Pedaqoji Universitetində Amerika qitəsi kəşf edən rektor var deyə burda tələbələr zülm çəkir.

Belə ki tələbə əvvəlcə imtahana girir imtahanı komputerlə verir bütün suallara düz cavab verirsə o zaman rektorun cəza maşını işə düşür tələbəyə məcburi yazılı imtahana da girməlisən deyir razılaşmayan tələbənin imtahanı ləğv edilir.

100 bal əvəzinə 71 bal yəni (3.5 qiymət) yazılır. Heç bir dövlət universitetində belə bir qayda yoxdur. Ancaq Pedaqoji Universitetdə rektorun haqsızlığından yaranan qaydalar var.

Politika.Az



Oxunub: 2709


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il