İbrahimovlar cəncəldə: Nehrəmli qaçıb, Sahib saxlanıb, komitə isə ləğv edilir - Şok təfsilat

 Nehrəmli qaçıb, Sahib saxlanıb, komitə isə ləğv edilir
“Avesta” şirkətinin prezidenti, cəmiyyətdə İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimov ölkədən qaçdığı barədə xəbərlər yayılıb

Politika.Az-ın xəbərinə görə,
onun “Xəzər adaları” layihəsinin iflas etməsi və külli miqdarda borcunun olması Azərbaycandan getməsi ilə nəticələnib.
Hacı İbrahimlə yanaşı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan qardaşı Nazim İbrahimovun da vəziyyəti ürəkaçan deyil.

Komitə sədri ilə bağlı müxtəlif kompromatlar var və hakimiyyət dairələrinə ötürülüb. Onun diaspora təşkilatları ilə birlikdə milyonları mənimsədiyi haqda dosye təqdim olunub.

N.İbrahimovun vəziyyətinin yaxşı olmadığı deyilir. Bu günlərdə isə iş adamı olan digər qardaşı Sahib İbrahimov saxlanmışdı. Ümumilikdə, İbrahimovların hakimiyyətdəki mövqeləri laxlayıb.

“Hacı İbrahimin mənə 3 min manat borcu var, amma onu tapa bilmirəm”. Bu sözləri “Basta” əməkdaşı ilə söhbətində Cavadov Etibar Məmməd oğlu deyib.

Etibar Cavadov bildirir ki, “Avesta” şirkətinin prezidenti, cəmiyyətdə İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovla rəsmi müqavilə əsasında əməkdaşlıq edib.

“Ona nəqliyyat vasitəsilə göstərilən xidmət haqqında müqavilə əsasında körpü tikintisində istifadə olunan texnika - Bobkat vermişəm. Sifarişə uyğun xidmət göstərilib. Ümumilikdə 10 500 manat pul almalı idim. Amma bunun bir hissəsi ödənilsə də, 3 000 manat borcu qalıb”, – Etibar Cavadov deyir.

Politika.Az-ın xəbərinə görə, Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsinin də Gürcüstanda olduğu kimi eyni tendensiya ilə Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsi məsələsi təklif olunur.

Hökumət islahatlar nəzərdə tutub, Azərbaycan postneft dövrünə qədəm basır və bu səbəbdən dövlət xərclərini sahmana salmaq lazımdır.

Bu il struktur islahatları aparılmalıdır. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayır. Buna yol vermək olmaz".

Bu sözləri prezident İlham Əliyev deyib. Onu da deyək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bir neçə gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılmışdı.

Məlumatda bildirirlir ki, sahibkar kimi vergi uçotunda dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınır. Dəfərlərlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödməyib.

Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca şübhəli şəxs qismində saxlanılıb. 2 sukta nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan “yuxarıdan” gələn zənglə sərbəst buraxılıb.

Politika.Az



Oxunub: 11342


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il