Baş nazirlikdə zəlzələ: Yaqub Eyyubov və Abid Şərifov istefaya gedir - ÖZƏL

 Yaqub Eyyubov və Abid Şərifov istefaya gedir
Baş nazirin iki müavini istefaya göndərilir

Bu barədə Politika.Az-a mötəbər qaynaqlardan daxil olan xəbərdə iddia edilir.


Mənbənin dediyinə görə, baş nazirin müavinləri - Yaqub Eyyubov və Abid Şərifovun yerinə gənc kadrlar təyin oluna bilər. Yaş senzi ilə əlaqədar olaraq hər iki müavinin istefaya göndərilməsinə hazırlıq gedir.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var.

Onların çoxu pensiya yaşını artıq haqlayıb - 71 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 73 yaş (1943), Əli Həsənov 68 yaş (1948), Abid Şərifov 76 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 62 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 81 yaşı var (1935).

Mənbənin sözlərinə görə, müavinlərin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.

Yada salaq ki, Əli Əhmədov həm də YAP-ın icra katibi, Əli Həsənov isə Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Ancaq hələlik ilkin mərhələdə A.Şərifov və Y.Eyyubov nəzərdə tutulub.

Gürcüstanda baş nazir və müavinləri gənc kadrlardır. Azərbaycan hakimiyyəti gəncləşir. Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq.

Politika.Az-a mötəbər qaynaqlardan daxil olan xəbərdə iddia edilir ki, prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək.

Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər.

İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər. Dövlət başçısı iqtisadi böhranın aradan qaldırılması və ölkədəki maliyyə sabitliyini təmin edilməsi istiqamətində mühüm islahatlara başlayıb.

Prezidentin verdiyi qərarlar və antiböhran islahatları xalqın son ümid yeri olan İlham Əliyevə göstərdiyi etimadın növbəti dəfə doğrulmasıdır.

Prezidentin siyasi-iqtisadi, sosial və struktur, o cümlədən kadr islahatları davam etməkdədir. İ.Əliyevin fərmanları, sərəncamları birbaşa dövlətin və xalqın mənafeyinə uyğun qəbul olunur.

Azərbaycan prezidenti dünyada bu ilin ən islahatçı prezidenti seçilə bilər. Çünki heç bir ölkədə bu il ərzində bu qədər islahatlar həyata keçirən dövlət rəhbəri olmayıb.

Politika.Az



Oxunub: 14635


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il