Türkiyədə döyülən "Masallı Rafiq"in yeni dəhşətli fotoları - Qulağını kəsiblər

Türkiyədə döyülən "Masallı Rafiq"in yeni dəhşətli fotoları
Azərbaycanlı "qanuni oğru" "Masallı Rafiq" kimi tanınan Rafiq Eyvazovu döyən şəxslər ağır bədən xəsarətləri yetirməklə yanaşı, ona qarşı avtoritetlərə yaraşmayan hərəkətlər ediblər

Bakipost.az-a göndərilən yeni fotolardan məlum olur ki, kriminal avtoritetin qulağı kəsilib.

"Qanuni oğru"nun belə bir vəziyyətə salınması yəqin ki, onun "oğru dünyası" ilə vidalaşması deməkdir.

Azərbaycanlı "qanuni oğru” Rafiq Eyvazovun Türkiyədə döyülməsi xəbəri bu gün yayılıb.

Musavat.com-a xəbər verən mənbənin dediyinə görə, R.Eyvazovun döyülməsinin dəqiq səbəbi məlum deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan "razborka”dır.
Türkiyədə döyülən "Masallı Rafiq"in yeni dəhşətli fotoları
Qeyd edək ki, R.Eyvazov kriminal aləmdə "Masallı Rafiq” kimi tanınır. O, bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş "qanuni oğru” Məmməd Hüseynovun ("Masallı Mamed”) uzaq qohumudur. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın "Praym kraym” nəşri bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun "taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov "qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə "Lotu Quli” ləqəbli Nadir Səlifova "problem yaratmalı” imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, "zon”da "qanuni oğru”nun "Quli” deyil, onun olduğu sübuta yetirilsin. 2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmayıb. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi barədə xəbər ictimailəşməyib. Amma göründüyü kimi, R.Eyvazov hazırda azadlıqdadır və Türkiyəyə yerləşib.

Onun məhz Türkiyədə döyülməsi də diqqət çəkir. Bu ilin avqustunda Rövşən Canıyev ("Rövşən Lənkəranski”) Türkiyədə qətlə yetirdikdən sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal "razborka” daha da qızışıb. "Lənkəranski” nin Türkiyədəki obyektləri uğrunda da ciddi mübarizə gedir.

"Quli” tərəfdarları hələ ki, "Lənkəranski”nin buradakı nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, "Quli”nin qardaşı - "qanuni oğru” Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır. "Lənkəranski”nin qətli günü yanında olan "qanuni oğru” "Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb. Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı. Belə xəbərlər var ki, o da Türkiyədə qalmaq və "Lənkəranski”nin obyektlərinə nəzarət etmək istəyindədir. Bu obyektlər uğrunda mübarizə tərəflərdən hər hansı birinə yaxın olmaq isə indi olduqca təhlükəlidir.

Türkiyədə döyülən "Masallı Rafiq"in yeni dəhşətli fotoları
Türkiyədə döyülən "Masallı Rafiq"in yeni dəhşətli fotoları
Türkiyədə döyülən "Masallı Rafiq"in yeni dəhşətli fotoları
Türkiyədə döyülən "Masallı Rafiq"in yeni dəhşətli fotoları

Politika.Az



Oxunub: 3035


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il