“Astan Şahverdiyevin mandatı ləğv edilməlidir” - ÖZƏL

“Astan Şahverdiyevin mandatı ləğv edilməlidir”
Hafiz Hacıyev: “Onun bu xalqı təmsil etməyə haqqı yoxdur”

Məlum olduğu kimi, millət vəkili Astan Şahverdiyev Biləsuvarda etiraz aksiyası keçirən cəbrayıllılar haqqında “cəmiyyətin tör-töküntüləri” ifadəsini işlədib. Bundan başqa, millət vəkili Rusiyaya gedən soydaşlarımımızı da “otxod” adlandırıb.

Maraqlıdr, millət vəkilinin təmsil etdiyi insanlar haqqında bu cür təhqiramiz ifadələr işlətməsi nə dərəcədə normaldır? Bu açıqlamadan sonra Astan Şahverdiyevin mandatının əlindən alınması məsələsi ortaya qoyula bilərmi?

Politika.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev A.Şahverdiyevin mandatdan dərhal məhrum edilməli olduğunu vurğulayıb:

“Təbii ki, A.Şahverdiyevin mandatı ləğv edilməlidir. Çünki o, bu açıqlaması ilə sübut etdi ki, bu xalqı təmsil etməyə mənəvi haqqı yoxdur. Bu şəxs dolana bilməyən, işıqsız-qazsız qalan vətəndaşların öz haqqını müdafiə etməsinə təhqiredici don geyindirir, onları aşağılayır.

Hesab edirəm ki, A.Şahverdiyev bu millət, bu millətin təmsilçiləri haqqında səsləndirdiyi məsuliyyətsiz fikirlərə görə cavab verməlidir. Yalnız o deyil, onu himayə edən, arxasında duran şəxslər, qüvvələr də buna görə cəzalandırılmalıdır. Şəxsən mən bu qüvvələrin aşkara çıxarılıb cəzalanmasını zəruri hesab edirəm”.


Politika.Az



Oxunub: 5810


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il