“Ermənilərin mənə dediyini Astan Şahverdiyev xalqa deyir” - Araz Əlizadə

“Ermənilərin mənə dediyini Astan Şahverdiyev xalqa deyir”
"Bir vaxtlar ermənilərin mənim əleyhimə yazdığı məqalədə Azərbaycan xalqına qarşı səsləndirdikləri "fikirləri” deputat həmkarım Astan Şahverdiyev millətimizə qarşı təkrarlarlaması təssüfedicidir”

Politika.Az
xəbər verir ki, bu fikirləri unikal.org-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib: "Bir neçə il bundan əvvəl ermənilər panarmenian.ru saytında mənim əleyhimə tənqidi "məqalə” dərc etmişdilər. Həmin yazıda bildirilirdi ki, Azərbaycan xalqının heç bir mədəni, intelektual potensialı yoxdur və onlar Rusiyaya səpələnmiş, bazarların "otxodları”dır. Mən fəxr edirəm ki, ermənilər o boyda məqalə yazıb məni söyüblər. Amma mənim deputat həmkarımın bu fikirləri Azərbaycan xalqına qarşı səsləndirməsi üzücüdür”.

A.Əlizadənin sözlərinə görə, xalq millət vəklinə deyil, millət vəkili xalqa borcludur:

"Bu fikir Azərbaycan deputatının ağzından çıxırsa, mən təssüf hissi keçirirəm. Axı insan öz xalqı haqqında ecə belə fikirlər işlədə bilər?”

Politika.Az



Oxunub: 4243


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il