Abutalıbovun Şaxta baba biznesi: merin qohumu kasıbları düşünmədi - Şok qiymətlər

 merin qohumu kasıbları düşünmədi
Bakı Şəhər İcra Hakimiyyəti evlərə Şaxta baba və Qar qızın sifariş qiymətini açıqlayıb

Politika.Az xəbər verir ki,
meriya bu sifarişin 60 manat olduğunu müəyyənləşdirib.

Dünyanın hər yerində Şaxta baba ilə Qar qız uşaqlara hədiyyə paylayır, bizdə isə körpələr onların yanında durmağa görə belə pul ödəməlidir, nəinki evlərə sifariş müqabilində.

Buna baxmayaraq gözləri qapıda qalan uşaqlar canlı Şaxta babanı öz gözləri ilə görməkdən, onunla söhbətləşməkdən, yanaşı durub şəkil çəkdirməkdən ötrü valideynlərindən daha bir sürpriz gözləyirlər.

Həmin sürpriz də Şaxta babaların evə dəvət olunmasıdır. Bu isə ailənin büdcəsinə bağlıdır. Şaxta baba ola da bilər, olmaya da.Bəzi imkanlı şəxslər uşaqlarını, nəvələrini sevindirmək məqsədilə Yeni il gecəsi evlərinə Şaxta baba sifariş edirlər.

Amma imkansız, aztəminatlı ailələrin uşaqlarını sevindirməyə bu məbləği ödəmək gücü yoxdur. Bakı meri isə Şaxta babadan da pul qazanır və kasıb ailələri nəzərə almır. Bu məbləği aşağı endirmək olardı.

Politika.Az xəbər verir ki, əslində bu bayram körpələrin, uşaqların bayramıdır. Abutalıbov həmişə kövrək və həssas bir insan təsiri bağışlayıb.

Mer fikirləşməyib ki, böhranın ən ağır vaxtında körpələri sevindirmək üçün münasib qiymətlər təyin etmək olar. Onsuz da varlıların uşaqları xaricdə bayramını keçirir.

Məlumatlara görə, bu biznesdən daha çox Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti gəlir götürür. Həm Şaxta baba və Qar qız olmaq istəyənlərdən lisenziya pulu alınır, həm sifarişlərdən faiz götürür.

Departamentinin direktoru Ramiz Hacıyevlə bağlı redaksiyamıza bir-birindən maraqlı məlumatlar daxil olub.

Qeyd edək ki, departament rəhbəri indiyə kimi mətbuatın tənqid hədəfinə az hallarda çevrilib. Başqa sözlə desək, müxtəlif qanuna zidd işlər törətməkdə ittiham olunan departament rəhbəri daim özünü bütün təhlükələrdən sığortalamağı bacarıb.

Təbii ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun sayəsində. İddialara əsasən, departament direktoru şəhər merinin yaxın qohumudur.

Hökumət bir müddət əvvəl küçə ticarətini ləğv etsə də, Ticarət və Xidmət Departamentinin əməkdaşları küçədə müxtəlif növ məhsulların satışını həyata keçirən şəxslərin qanunsuz fəaliyyətinə nəyinsə müqabilində şərait yaradırlar.

Ramiz Hacıyev və işçiləri insanların sağlamlığına, ətraf mühitə mənfi təsir göstərə bilən digər məhsulların paytaxt küçələrində satışına icazə verirlər. Həmin şəxslər malları bilavasitə səkilərə, torpağın, yaşıllıqların, ağacların, yeşiklərin üzərinə qoyaraq satırlar. Bunun qarşılığında hər gün departamentin işçilərinə "çay pulu" verirlər.

Hacıbala Abutalıbovun qohumu ona arxayın olaraq müxtəlif xoşagəlməz işlərlə məşğul olur. Şəhərdə fəaliyyət göstərən yeni "Kiosk Press"lərin hamısı ona məxsusdur.

Çoxları elə fikirləşir ki, bu köşklər tamamilə başqa şəxsə aiddir. Amma yeni köşklər Hacıbala Abutalıbov və qohumunun nəzarəti altındadır.

Politika.Az



Oxunub: 3204


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il