Prezident Administrasiyası ilin deputatlarının üstündən xətt çəkir - Şok siyahı

Prezident Administrasiyası ilin deputatlarının üstündən xətt çəkir
2016-cı il deputatlar üçün fərqli keçdi. Əvvəlki illərlə müqayisədə bu dəfə mandat sahibləri daha çox siyasi gündəmi zəbt etdilər.

Amma heç də müsbət mənada deyil, yersiz çıxışları və replikaları, aşağılayıcı fikirləri və təklifləri ilə xalqda qıcıq oyatdılar.

Politika.Az-ın Analitik Mərkəzinin verdiyi xəbərə görə, Prezident Administrasiyası tərəfindən ilin deputatlarının siyahıya alınması prosesi gedir.

Bu il özünü yaxşı aparmayan və hakimiyyətə problem yaradan millət vəkillərinin üstündən xətt çəkilir. Onların növbəti seçkilərdə iştirakı belə yasaqlanacaq.

Həmçinin, qarşıdakı dövrdə dilindən qeyri-rəsmi iltizam alınaraq susması tələbi qoyulacaq. Yəni, sözügedən deputatlar 2020-dək ağzını açıb danışmasınlar.

Onların əksəriyyətinin həqiqətən də mandatı ləğv olunacaq həddə çatmış deputatlardı. Bu şəxslərin yalnız işi biznes fəaliyyətinə yönəlib və seçiciləri saymırlar.

Üstəgəl, il ərzində skandalla diqqət mərkəzində olublar. Həmin millət vəkilləri heç də millətin gününə ağlayan fəaliyyəti ilə seçilmədi

Əksinə, kimisi vətəndaşa zərbə vurub, kimisi haqqını yeyib, kimisi də artıq-əksik sözləri ilə insanları qıcıqlandırıb. Deputatın vəzifəsi və borcu isə xalqa xidmət, problemlərinin həllinə kömək etməkdir.

Politika.Az-ın Analitik Mərkəzinin verdiyi xəbərə görə, siyahıda Hüseynbala Mirələmov ön cərgədə gedir.

Ardınca Astan Şahverdiyev birinciliyi ələ keçirib. Habelə, bir müddət əvvəl Hadı Rəcəblinin çıxışı birmənalı qarşılanmamışdı.

Siyahı üzrə Mirzəcan Xəlilov, Nəriman Əliyev, Rüfət Quliyev, Hacı Madər və başqaları da fəaliyyətsizliyi ilə ad çıxarıb.

Deputatın biri 2 milyon miqrant haqqında “otxod” deyir, o biri ölkə əhalisinin çoxluğunun inancını təhqir edərək narkoman adlandırır.

Bir digəri əhalinin əksəriyyətini kasıblığı ilə ələ salaraq az yeməyi "tövsiyə edir", başqa müəllimin işdən sonra bənna işləməsini, ailələrdə çoxuşaqlılığın olmamasını deyir.

Habelə kimisi soğan əkməyə çağırır, kimisi yorğana görə ayağımızı uzatmağı təklif edir. Üstəlik, sələmçiliklə kimisi məşğul olur, kimisi villasında işləyən ustanın pulunu vermir və s.

Onunla bərabər Rəsulzadə haqda aşağılayıcı sözlərinə görə həmkarı Ağacan Əbiyev tərəfindən danlanmış gənc Naqif Həmzəyevi də qeyd etmək olar.

Onun çıxışı xidmət etdiyi YAP rəhbərliyinə də xoş gəlməmişdi. Hətta həmkarı Ağacan Əbiyev onu danlamışdı. N.Həmzəyev Rəsulzadəni vətən xaini adlandırmışdı.

Politika.Az



Oxunub: 9017


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il