“Hökumət “qara bazar”la mübarizə apara bilməz” - Qubad İbadoğlu

“Hökumət “qara bazar”la mübarizə apara bilməz”
"Manat yenə də növbəti ilə gerçək məzənnəsi ilə qədəm qoya bilməyəcək”

Bunu bakıpost.az-a iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank əlavə 1 ili də belə "boşa xərcləyib”: "Bu səbəbdən də manatın "xəstəliyi" iqtisadiyyatın bütün sahələrinə təsir edib. İl ərzində 50 mindən çox iş yerləri bağlanıb, əmək haqları və pensiyalar dəyərsizləşib, istehlak bazarında nəinki idxal malları, həm də idxal komponentləri olan yerli məhsullar da bahalaşıb, inflyasiya ikirəqəmli ədədlə ifadə olunub. Xarici borc öhdəliklərini yerinə yetirə bilməyən Azərenerji, ARDNŞ kimi inhisarçı şirkətlərin müraciətləri əsasında elektrik enerjisi və qazın ikinci dərəcəli tarifləri müvafiq olaraq 1.6 və 2 dəfə artırıb. 2017-ci ildə büdcə kəsiri son 10 ilin zirvəsinə qalxıb, xarici ticarət və tədiyə balansının mövqeləri xeyli zəifləyib. Bütün bunların nəticəsində manatla bağlı narahatçılıqlar bir az da artdı”.

Qubad İbadoğlu bildirib ki, milli valyuta növbəti ilə 3 məzənnə (valyuta hərracının məzənnəsi, kommersiya banklarının məzənnəsi və "qara bazar" məzənnəsi) ilə qədəm qoyur: "Onların arasında "qara bazar" ən çox müzakirə mövzusuna çevrilib. Bəzi orqanlar da "qara bazar"ı ləğv etməyi qarşısına məqsəd qoysa da ona nail olan bilmədi. Çünki, manatın banklardakı məzənnələri real bazar dəyərini ifadə edə bilməyib, onun satışı tam liberallaşdırılmayıb, əksinə valyuta mübadilə məntəqələri bağlanıb. Ən başlıcası isə bəzi banklar özləri "qara bazar"ın əsas təchizatçısına və tədarükcüsünə çevriliblər və indiyədək iri valyuta əməliyyatlarını qeyri-leqal olaraq həmin bazarlarda reallaşdırdırırlar.

Əslində "qara bazar" kiçik deyil, iri valyuta əməliyyatlarının alqı-satqısı üçün yaradılıb. Bu bazarda ünsiyyət vasitələri də bir çox hallarda canlı deyil, telefon rabitəsi ilə aparılır. Hazırda bir zənglə lazım olan qədər valyuta sifariş verənlər də elə banklarla əlaqəli şəkildə işləyirlər. Çünki, banklar üçün "qara bazar" dan çox onun məzənnəsi əhəmiyyətlidir. Elə ona gündəlik "qara bazar" kursunu dərc etməkdə mətbu orqanlar heç bir əziyyət çəkmirlər. Çünki, onlar belə məlumatları real deyil, virtual bazarlardan alırlar”.

İqtisadçı qeyd edib ki, hazırkı "qara bazar"lar bəzi kommersiya banklarına lazımdır: ""Qara bazar"da formalaşan məzənnənin kommersiya banklarının alqı-satqı kursundan bir neçə qəpik də olsa da yuxarıdır, bu fərq də iri valyuta əməliyyatlardan böyük qazanclar götürmək üçün kifayət edir. Ona görə də hazırkı"qara bazar"lar bəzi kommersiya banklarına lazımdır, məhz belə bazarların yaşamasında da ən çox marağı olanlar da bəzi banklardır.
Nə qədər ki, manatın gerçək məzənnəsi, tarazlı kursu müəyyənləşməyib bir o qədər də "qara bazar"lar mövcud olacaq. Odur ki, müvafiq orqanlar "qara bazar"la mübarizəyə deyil, sərbəst üzən məzənnə rejiminə keçid üçün hazırlıq işlərinə daha çox diqqət yetirməlidir, çünki, bundan başqa alternativ yoxdur”.

Qubad İbadoğlu vurğulayıb ki, növbəti ildə manat dollar nisbəti bu ildəkindən də xeyli fərqli olacaq: "Sonradan peşmançılıq çəkməməyiniz üçün manatla olan borclarınızı ilin sonuna qədər geri almağa çalışın və bu il ərzində manatla yeni borclar verməyin. Çünki, növbəti ildə manat dollar nisbəti bu ildəkindən xeyli fərqli olacaq”.

Politika.Az



Oxunub: 1101


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il