Maaş, pensiya və müavinətlər artacaq - Prezident imzaladı

Maaş, pensiya və müavinətlər artacaq
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin ölkədə yaşayış minimumu və ehtiyac meyarının artırılması haqqında qanunlarını təsdiqləyib

Politika.Az
Azərbaycan 24-ə istinadən xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanunlarının tətbiqi barədə sərəncam imzalayıb.

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənib.

Hər iki qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, bu qərarla maaş və müavinətlər də müvafiq nisbətlərdə artırılacaq.

Politika.Az



Oxunub: 11107


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il