Xalqı təhqir edən Astan Şahverdiyev cəzalandırıldı

Xalqı təhqir edən Astan Şahverdiyev cəzalandırıldı
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib

Bu barədə ölkə.az-a İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbiyev məlumat verib.

A.Əbiyev deyib ki, iclas millət vəkili Astan Şahverdiyevin dekabrın 24-ü “Azadlıq radiosu”-na verdiyi açıqlama ilə bağlı olub:

“Az öncə Milli Məclisin İntizam Komissiyasının 9 nəfərlik üzvünün iştirakı ilə Astan Şahverdiyevin məsələsi müzakirə edilib.

Müzakirələrdə Astan Şahverdiyev özü də iştirak edib. Ona xəbərdarlıq edilib və qərara alınıb ki, Astan Şahverdiyev söylədiyi bəzi fikirlərin cəmiyyətdə yanlış başa düşülməsinə görə üzr istəsin. Astan Şahverdiyev də səmimi olaraq Azərbaycan xalqından üzr istəyib”.

Politika.Az



Oxunub: 2403


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il