Partlayış müəmması: Politika.Az aylar öncə Səngəçaldakı İŞİD-çiləri açıqlamışdı - Şok

 Politika.Az aylar öncə Səngəçaldakı İŞİD-çiləri açıqlamışdı
Xəbər verildiyi kimi, dekabrın 27-si səhər saatlarında Səngəçal qəsəbəsinin Əzimkənd ərazisində 125 atmosferlik qaz kəmərində güclü partlayış baş verib

Ardınca böyük ərazini əhatə edən yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Bu hadisədə terror ehtimalı da irəli sürülüb. Azərbaycanlı “cihadçı”nın video-çıxışının yayılmasının üstündən 1 sutka keçən kimi baş verən hadisə diqqətləri təxribat versiyasının üstünə cəmləyib.

Politika.Az isə aylar əvvəl Səngəçal qəsəbəsində vəhhabilərin, bu qəsəbədən Suriyaya döyüşməyə getmiş adamların olduğunu yazmışdı. Həmin yazı aktual olduğu üçün xatırlatmağa ehtiyac var.

Belə ki, qəsəbənin 3-cü massiv ünvanında yaşayan Əlihəsən Vəzir oğlu Fərəcullayev yazıb.

Bildirib ki, dəstəyə Fərəcullayev Kamil Babaqeys oğlu rəhbərlik edir. Onun sözlərinə görə, Kamil camaatı qanunsuz fəaliyyət göstərən məscid rəhbərləri - Lazım və Səyyar Əndəliyevlərə itaət etməyə çağırır.

“Kamil Fərəcullayev bir növ təşkilati işlərlə məşğul olur. Yəni, yaxın kənd və qəsəbələrdə yaşayan cavanları din pərdəsi adı altında qanunsuz fəaliyyət göstərən məscidə toplayır. Əndəliyevlərin göstərişi və Fərəcullayevin başçılığı altında qonşu kəndlərdən cəlb olunmuş 30-40 nəfər evə hücum etdi.

Daş-kəsəklə silahlanmış, əksəriyyəti saqqalı olan qanunsuz dəstə hasarı darmadağın etdilər, ev daş-qalaq olundu”,-deyə məktub müəllifi yazıb. Məktubda bildirilir ki, basqınçılardan bir neçəsini dəstədən ayırıblar: “Abuzəri (əsil adı Azərdir) Naili, Kənanı və Sənanı evimizə gətirdik. Sakitləşmələrini xahiş etdik. Etiraf etdilər ki, bu kəndə Kamil dəvət edib.

Bu adamların gecə basqını zamanı evimə gəldiklərini də kənd sakinləri olan Mehrac Fərəcullayev, Canhəsən Fərəcullayev və oğlu Vüsal, Elmar Zahidov, Surət və Cavid Fərəcullayev qardaşları görüblər. Şahid kimi bir daha təsdiq edə bilərlər.

Məktub müəllifi qeyd edib ki, dəstənin üzvlərindən Səngəçalda yaşayan Mahir, Nail, adını bilmədiyimiz Çingizin oğlu, Gülmirzənin oğlu və digərləri Suriyada vuruşmağa gediblər. Deyilənə görə bunlardan Mahir ölüb, Nail isə komandir vəzifəsinə yüksəlib. Görünür, həmin şəxslər İŞİD terror təşkilatına qoşulub.

Politika.Az musavat.com-a istinadən xəbər verir ki, yanğınla müşayiət olunan partlayışdan 1 gün əvvəl youtube kanalında bir İŞİD ardıcılı olan azərbaycanlının videomüraciəti yerləşdirilib.

Həmin videomüraciətdə deyilənlərlə partlayış arasında əlaqənin olduğuna israr etmirik. Həmin videomüraciətdə vəhhabi-sələfi əqidəsinin ardıcıllarından olan azərbaycanlı İŞİD-çi İraqın

Mosul şəhərindən Azərbaycan xalqına müraciət edir. O öz müraciətində Azərbaycanı “darul-küfr” (küfr evi) adlandırıb.

Mətbuatda “Azərbaycanlı İŞİD-çi Azərbaycan xalqına müraciət etdi: Çıxın, vurun, öldürün, bıçaqlayın” başlığı ilə tirajlanan bu video Səngəçaldakı partlayışdan 1 gün əvvəl - 26 dekabr 2016-cı ildə yayılıb.

Azərbaycanlı olması şübhə doğurmayan şəxs Mosulun xarabalıqları fonunda bu təriqətin ölkəmizdəki ardıcıllarını müraciətində küçələrə səsləyir, deyir ki, xəlfənin vəsiyyətinə əsasən hicrət edə bilməyənlər “onların (yəni Azərbaycanda yaşayan əhalinin - E.M.) gündüzlərini gecə, gecələrini gündüz edin”.

Ardınca Çeçenistanda, Almaniyada törədilən terror aktlarını diqqətə çatdırmaqla cihad çağırışı edir. Başqa bir nüans da diqqət çəkir. Partlayış baş verən ərazinin yaxınlığında iki ay öncə 2 İŞİD üzvü öldürülmüşdü.

2 ayın tamamında belə bir partlayışın həmin ərazinin yaxınlığında olması da maraq doğurur. Üstəlik, həmin ərazinin yaxınlığında salınan yeni yaşayış massivlərində məskunlaşanların arasında sələfi təriqətinin ardıcıllarının çoxluq təşkil etməsi haqda da xəbərlər var.

Politika.Az



Oxunub: 2777


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il