“Maaş və pensiyaların verilməsində problemlər olacaq” - Proqnoz

“Maaş və pensiyaların verilməsində problemlər olacaq”
2017-ci ilin daxil olmasına sayılı günlər qaldığından, gələn il iqtisadi vəziyyətin necə olacağı hər kəsin marağındadır

Bakipost.az mövzunun aktuallığını nəzərə alaraq iqtisadçı ekspert Samir Əliyevin növbəti illə bağlı proqnozlarını öyrənib.

İqtisadçı bildirib ki, növbəti il kommunal xidmət və nəqliyyat sektorunda qiymət artımı olacaq: "Gələn il nəqliyyat sektorunda, metroda və şəhərlərarası nəqliyyatda da artım ola bilər.

Ola bilsin ki, kommunal sistemdəki diferensial tarif sistemi digər sektora da tətbiq edilsin. Artıq qiymət artımı daha çox limitlərin dəyişdirilməsi və ya azaldılması, rəqəmlərin artırılması hesabına baş verə bilər. Hər bir halda kommunal sektorda da bu və ya digər formada artım olacaq”.
“Maaş və pensiyaların verilməsində problemlər olacaq”
Samir Əliyevin sözlərinə görə, 2017-də maaş və pensiyaların verilməsində ciddi narahatlıqlar gözlənilir: "Əsas narahatlıq gələn il büdcə təşkilatlardan verilən maaş və pensiyaların ödənilməsi ilə bağlıdır. Vəziyyətin belə davam etməsi ilə büdcədən maliyyələşən dövlət qurumaları, təşkilatlar, o cümlədən müəllimlərin, həkimlərin və digərlərinin maaşlarının gecikdirilməsi baş verə bilər. Mən bunun olacağını istisna etmirəm. Bu hökumət qarşısında duran əsas problemlərdəndir”.

İqtisadçı vəziyyətdən çıxış yolu kimi hökumətin islahatlara getməli olduğunu düşünür. Ekspert bildirir ki, bu islahatlar özündə bir neçə istiqaməti əhatə etməlidir: "Hökumətin bu istiqamətdə atacağı əsas addım öncə büdcə xərclərinin azaldılması olmalıdır. Yəni hökumət büdcədən ayrılan vəsaitləri azaltmalı, büdcə üzərinə yüklənmiş xərclərdən imtina etməlidir. Hesab edirəm ki, kommunal sektora özəl şirkətlərin cəlb edilməsi bu çıxış yollarından biridir.

Dövlətdən maliyyələşən qurumlar var ki, onların sayının azaldılması lazımdır. Buna görə də bəzi dövlət qurumalarının birləşdirilməsi istiqamətində addım atılmalıdır. İstisna etmirəm ki, hökumət bu istiqamətdə də addımlar atsın.

Eyni zamanda ölkədə iqtisadiyyatın liberlalaşdırılması istiqamətində maliyyə sektorunun dayanaqlığının artırılması məqsədilə bir sıra addımlar atıla bilər. Amma əsas olaraq struktur islahatları aparılmalıdır”.

İqtisadçı qeyd edib ki, ediləcək islahatlar qısa müddətdə öz təsirini göstərməyəcək: "Bunun üçün zaman tələb olunacaq. Amma hər halda neftin qiyməti qalxarsa, bu hökumət üçün müəyyən qədər manevr imkanı verə bilər. Gəlir formalaşdıra bilər. Neftin qiymətində dəyişiklik olmasa, hətta ucuzlaşarsa, bu, iqtisadi vəziyyətimizi daha da pisləşdirə bilər.

Hökumət əsas xətti seçərək orta və kiçik sahibkarlığın inkişafına dəstək verməlidir”.

İqtisadçı vurğulayıb ki, 2017-c ildə yanacağın qiymətinin artırılması gözlənilir.

Politika.Az



Oxunub: 3569


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il