Dollar ajiotajı: DTX ifşa edir, turistlər pul tapmır, “qara bazar” iş başında - Təcili

Dollar ajiotajı: DTX ifşa edir, turistlər pul tapmır, “qara bazar” iş başında
Ölkədə dollar ajiotajı davam edir. Banklar dollar satmır və qara bazar öz işinin başındadır. Dövlət Təhlükəsizlik Xidməti var gücü ilə bu bazara qarşı mübarizə aparsa da, inhisarçı əllər banklardakı dolları qara bazara ötürməkdədir.

Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsi məlumat yayıb.
Məlumatda deyilir ki, maliyyə sektoruna daxil olan məmurlar məqsədli şəkildə qara bazarı inkişaf etdirir.

Hazırda banklarda biabırçı vəziyyətdir. Vətəndaşlarla banklar üz-üzə qalıb. İnsanlar pullarını dollara çevirə bilmir.

Bayramqabağı ölkədən xaricə gedənlər, ölkəyə gələn turistlər rəzil mənzərə ilə qarşılaşıb. Son məlumatlara görə qara bazarda satılan dolların qiyməti ilə banklar tərəfindən müəyyən edilən məzənnə arasında xeyli fərq yaranıb. Hazırda qara bazarda dollar 1.95 AZN səviyyəsində dəyişdirilir.

Politika.Az-ın verdiyi xəbərə görə, buna baxmayaraq yenə də qara bazar meydan sulayır və buna şərait yaradan, milyonlar qazanan qüvvələr var.

Yeni ilin ilk günündən xalqa müjdə verməyə hazırlaşan Mərkəzi Bank manatın hazırkı kursda saxlanması üçün da əlavə pul sərf edir. Bu baxımdan tam devalvasiya qərarı verilib və yanvardan ölkədə iqtisadi xaos yaşana bilər.

Hökumət tam devalvasiya ilə maliyyə sabitliyinin mərhələli şəkildə yaranacağını hesablayıb. Lakin hesablanmayıb ki, bu qərar xarakiri etməkdir və cəmiyyəti zərbə altında qoymaqdır.

Bildirək ki, ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, “qara bazar” adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - N.Mustafayev, K.Yusubov, E.Aslanov, F.Əliyev, Ə.Rzayev, S.Yusubov, X.Yusubov, E.Eldarov, T.Mirzəliyev, R.Aslanlı və digərləri 2016-cı il dekabrın 27-də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Politika.Az



Oxunub: 12670


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il