2017-nin ilk və baş redaktorun özəl günü: Xəyyam Salmanzadə üçün əsl doğum günü nə zamandır?

Xəyyam Salmanzadə üçün əsl doğum günü nə zamandır?
Bu gün - 1 yanvar Politika.Az xəbər portalının direktoru, onlayn medianın tanınmış jurnalistlərindən olan Xəyyam Salmanzadənin doğum günüdür. 33 yaşı tamam olan baş redaktor mediada təcrübəli yazarlardan biridir.

90-cı illərin sonlarından mətbuata gələn X.Salmanzadə uzun bir media yolu keçib. Bu gün isə rəhbərlik etdiyi Politika.Az ölkədə aparıcı, böyük oxucu auditoriyası olan, operativ, qərəzsiz və peşəkar bir media quruluşuna çevrilib.

Elektron medianın inkişaf etdiyi və saytların günbəgün çoxaldığı rəqabət mühitində X.Salmanzadənin baş direktorluğunu etdiyi xəbər portalı özünəməxsus yer tutub, oxucuların rəğbətini qazanıb.

Bu qısa zaman ərzində Politika.Az ölkənin ən populyar media orqanlarından biri kimi tanınıb. Bir çox hallarda onun fəaliyyəti qısqanclıqla qarşılanır, kimlərinsə xoşuna gəlmir.

Bu nailiyyət bir yandan Politika.Az-ın peşəkar komandasının fəaliyyətinin nəticəsidirsə, digər tərəfdən də illərin təcrübəsini öz portalında xərcləyən X.Salmanzadənin əməyinin göstəricisidir. Bu baxımdan 2016-cı ilin xüsusi olaraq saytımız üçün uğurlu keçdiyini söyləmək olar.

Artıq bir çox dövlət qurumları, komitələr, nazirliklər, ayrı-ayrı strukturlar redaksiyamızla işgüzar əməkdaşlıq edir, rəsmi xəbərlərini, press-relizlərini elektron poçtamıza göndərir, hamının kompüterində açılan sayt panellərindən biri də məhz Politika.Az olur.

Ona görə də bu gün təkcə Xəyyam Salmanzadənin deyil, eləcə də onun rəhbərlik etdiyi media orqanının doğum günüdür söyləmək olar.

Redaksiyamızın kollektivi adından onu təbrik edir, möhkəm can sağlığı, işində daha böyük müvəffəqiyyətlər arzulayır, 2017-ci ilin həm onun şəxsi planda, həm jurnalistika fəaliyyətində düşərli olmasını diləyirik.

Baş redaktor isə doğum günü ilə bağlı saytımıza qısa şəkildə bildirib ki, həmişəki kimi təm-təraqsız ailəsi ilə birlikdə ad gününü qeyd edəcək:

“Mən heç zaman ad günlərimi təntənəli qeyd etməmişəm. Bunun mənəvi səbəbləri var və elə bir gündə detallarına varmaq istəmirəm.

Sadəcə, hər gün bayram onda olur ki, Politika.Az-ın oxucularının sayı artır, insanların problemlərini ictimailəşdirə bilirik, hardasa həllinə köməkiyimiz çatır, oxuculardan təşəkkür məktubları alırıq. Bax həmin gün mənim üçün elə ad günüdür”.

Politika.Az



Oxunub: 2914


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il