XİN-dən bəyanat - Ermənistanla bağlı

XİN-dən bəyanat
"Ermənistanın siyasi-ictimai və diaspor dairələrində bir sıra sağlam qüvvələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlik çağırışları müsbət addımlar olsa da, Ermənistanın siyasi-hərbi rəhbərliyi yenə də hər bir vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın ictimai-siyasi və diaspora dairələrində münaqişənin həlli ilə əlaqədar səsləndirilən bəyanatlar, Ermənistan rəhbərliyi və xarici işlər nazirinin açıqlamalarına münasibət bildirərkən deyib.

H. Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin məqsədi münaqişənin həlli və regionda davamlı sülhün təmin edilməsi deyil, Ermənistanın danışıqlarda iştirakı yalnız imitasiya məqsədi daşıyır: "Ermənistan rəhbərliyi Azərbaycana qarşı təcavüz və işğala əsaslanan mövcud status-kovunu saxlamağa xidmət edən siyasət yürüdür. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsələr də, Ermənistan buna məhəl qoymur və münaqişənin həllinin əsasını təşkil edən bu kimi köklü məsələdən yayınmaq üçün yeni-yeni təxribatlara əl atır”.

XİN mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat da rəsmi Yerevanın törətdiyi növbəti təhlükəli avantüradır:

"Ermənistanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının çətirinin arxasında gizlənmək və KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regional sülh və təhlükəsizliyi, münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları ciddi təhdid altına qoyur.

Ermənistanın bu sərhəd insidenti ilə əlaqədar dərhal dezinformasiya xarakterli təbliğata başlaması, biri-digərini təkzib edən bəyanatlar verməsi və KTMT-nin artıq sabiq baş katibi Nikolay Bardyujanın məsuliyyətsiz, hər hansı araşdırma aparmadan və tələm-tələsik açıqlaması bu təhlükəli avantüranın əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirildiyini bir daha təsbit edir. Ssenari sanki Ermənistanın təxribat və təhriki ilə keçən ilin aprelində qoşunların təmas xəttində baş vermiş gərginliyi, hələ 1988-ci ildə törədilmiş Sumqayıt hadisələrini xatırladır.

Çox güman ki, Ermənistan tərəfi sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi. Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı. Bu təxribatın qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun cəsədini Ermənistan tərəfə aparan rəsmi Yerevan bundan öz dezinformasiya məqsədləri üçün istifadə etmək kimi çirkin məqsədlər güdür. Ona görə də beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətlərə baxmayaraq, Çingiz Qurbanovun nəşinin qaytarılmasına Ermənistan Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq hələ də imtina edir.

Bu kimi təhlükəli avantüralar əvəzinə Ermənistanın rəhbərliyi Ermənistanın ictimaiyyətində olan sağlam düşüncəli insanların çağırışlarına, beynəlxalq ictimaiyyətin tələblərinə riayət edərək münaqişənin sülh yolu həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Ermənistanın siyasi-hərbi rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə və Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxararsa, regionda bir o qədər də tez sülh, sabitlik bərqərar olar və ilk növbədə Ermənistan xalqı yaranacaq yeni regional əməkdaşlıq imkanlarından faydalana bilər”.

(apa)

Politika.Az



Oxunub: 834


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il