Xəzər rayonunda matəm: müavinətlər gecikir, bayramda toyuq, qənd, yağ verilirdi, indi...” - ÖZƏL

Xəzər rayonunda matəm: müavinətlər gecikir, bayramda toyuq, qənd, yağ verilirdi, indi...”
Bakının Xəzər rayonunda əhalinin aztəminatlı təbəqəsi, əlillər sosial müavinətləri ala bilmirlər

Bu haqda Politika.Az-ın redaksiyasına rayon sakinləri məlumat verib.


Onlardan biri deyib ki, əlillər, kasıblar “Kapital bank”ın bankomatlarının qarşısına gedib qayıtmaqdan yorulublar.

“55 manat müavinəti hər ayın 20-də alırdıq. Pulu götürüb bankomata qoymurlar ki, alaq. Belə də iş olar? İşıqpulu 1 gün gecikdi, gəlib kəsirlər. Kartda qaz qurtardı, qaz sönür. Su da onun tayı. Pulu alıb aparıb kommunal xərclərimizə ödəyirik.

Heç olmasa, evdə işıq, qaz, su olanda günümüzü birtəhər keçiririk. Pulu da vermirlər. Mənim 60 yaşım var. Oğlum işsizdir. İşıq sönüb, qaz da sabah kəsiləcək. Soyuqdan ölməsək yaxşıdır. Dərdimizi kimə deyək?”, - deyə rayon sakinlərindən biri bildirib.

O, Politika.Az-a əlavə edib ki, hər il Xəzər rayonundakı aztəminatlı ailələrə paylanan bayram payı da bu il kəsilib: “Əvvəlki illərdə aldığımız birtəhər yaşayırdıq. Bahalıq bizim günümüzü qara edib.

Bayramlar qabağı toyuq, qənd, çay, yağ, un, şəkər tozu pay verirdilər, bayramı da keçirirdik. İndi bayram payı da qəhətə çıxıb. 10 gündür bankomatın qabağına gedirəm. Səhər gedib otururam, axşam da əlim ətəyimdən uzun qayıdıb gəlirəm.

Deyirlər ki, pul gətirəcəklər. Pul da gəlmir. Sabah camaat yığışıb başçının qəbuluna gedəcək. Yol getməyə taqət də qalmayıb. Ümidimiz rayonun deputatı Mehriban xanımadır. Ona da məktub yazıblar. Deyirlər pulu Səlim Müslümov vermir. Görək nə olur”.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib.

Həmin ildən xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.

Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir.

Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub.

Politika.Az



Oxunub: 1001


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il