Nəsimi icra başçısından hökumətə zərbə: oğlunun işi Avropa Məhkəməsində - ÖZƏL

Nəsimi icra başçısından hökumətə zərbə: oğlunun işi Avropa Məhkəməsində
Bakının Nəsimi rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərov Azərbaycan hökumətini pis vəziyyətdə qoyur. İcra başçısının ucbatından Azərbaycan dövləti cərimələnə bilər.

Politika.Az-ın əldə etdiyi məlumata görə,
icra başçısının oğlunun cinayət işi Avropa Məhkəməsinə gedir.

Avropa Məhkəməsi zərər çəkən tərəfin hüquqlarının pozulması ilə bağlı hökuməti cərimələyə bilər. Bu təzminat da dövlət tərəfindən ödənməlidir. Məlumatda deyilir ki, iş Avropa Məhkəməsində baxılsa və təzminat qərarı çıxarılsa, A.Əsgərov dövlətə zərər vurmuş olacaq.

Belə ki, İlham Əsgərli Asif oğlu 2 sürücü ilə birlikdə "Mercedes S klass” markalı 90-AR-819 dövlət nömrə nişanlı avtomobili ilə Sənan Mirzəyevi yaşadığı General Həmidov kücəsində yerləşən "Grand Park”dan götürərək "paint ball” oynamaq üçün Mərdəkan istiqamətinə yollanırlar.

Sürücülər maşının qabaq, Sənan və İlham isə arxasında əyləşirlər. Yolda sürücüdən biri başqa işə çağırıldığı üçün maşından düşür. Avtomobili Pərvin Fətullayev idarə edir.

Qəzadan sonra məlum olur ki, sürücü Pərvin Fətullayev həddi buluğa çatmamış və sürücülük vəsiqəsi olmayan 16 yaşlı İlham Əsgərliyə sükanı qanunsuz verərək özü arxada əyləşib.

Sənan Mirzəyev də qabağa keçərək İlhamın yanında oturub. Hadisənin sonu təsdiq edir ki, Pərvin Fətullayev İlham Əsgərlinin avtomobili necə idarə etməsinə sonra heç nəzarət etməyib.

İlham Əsgərli avtomobili böyük sürətlə idarə edib və Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi "Hovo” markalı yük maşınına arxadan çırpıb.

Politika.Az yada salır ki, hadisədən dərhal sonra İlham Əsgərli 1 saylı Şəhər Kliniki (Semaşko) xəstəxanasına, oradan isə Ankaraya aparılıb. Pərvin Fətullayev və Sənan Mirzəyev Sabunçu Xəstəxanasına aparılıb.

Lakin qısa zamanda Pərvin Fətullayevi də buradan çıxararaq 1 saylıŞəhər Kliniki xəstəxanasına aparıblar. "McDonalds” - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev isə Sabunçu xəstəxanasında qalıb və orada dünyasını dəyişib.

Hələ o zaman Səbail rayon İcra Hakimiyyətinin başçısı olan Asif Əsgərov öz oğlunun və ailə sürücüsünün həyatını xilas etmək üçün hərəkətə keçsə də, oğlunun "öldürdüyü” 16 yaşlı Sənan Mirzəyevin yaşaması üçün heç nə etməyib.

Daha sonra ictimai qalmaqala səbəb olan bu hadisə Asif Əsgərovun oğlunun həbs olunması ilə nəticələndi. Amma bir insanın ölümünə səbəb olan başçının oğlu qanunvericilikdə nəzərdə tutulan cəzadan çox yüngül cəzaya məhkum edildi.

Daha sonra oğlunu xəstəlik adı ilə ev dustaqlığına buraxdırdığı və xaricdə yaşadığı bildirildi. Bunu mərhumun atası məhkəmədə deyib.

O, tələb edirdi ki, oğlunu öldürən gənc sona qədər həbsdə qalsın və sonra azadlığa çıxıb ondan üzr istəsin. Hökmdən narazı qalan ata Avropa Məhkəməsinə qədər getməyə hazırlaşır.

A.Əsgərov bundan əvvəl Səbayel rayon icra başçısı olub. O dönəmdə Hesablama Palatası kifayət qədər yeyinti faktları aşkarlayıb. Bu dəfə də dövlətə zərər vurmaa hazırlaşan icra başçısı hökuməti çətin duruma salır.

Politika.Az xəbər verir ki, 2014-cü ildə Səbail Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən təxminən 350,000 manat "Dizayn Construction” MMC-nin vasitəsilə "silinib”.

"Unikal Suppley” MMC-inin hesabına keçirilmiş 120 min manat da xüsusi geyim formaları, mal-materiallar və avtoehtiyat hissələrinin satın alınması adı ilə "itib”.

Səbail rayonunda həyata keçirilən söküntü işləri dəəsasən "JEK”-lərin hesabına həyata keçirilib. Lakin bu məqsədlə ayrılan vəsait Qusar rayonunda qeydiyyatda olan hüquqi şəxsin rəhbərlik etdiyi "Dəzgah Servis” Məhdud Məsuliyyətli Cəmiyyətin vasitəsilə yoxa çıxıb.

Qarşı tərəfi dinləməyə hazırıq.


Politika.Az



Oxunub: 6611


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il