Hakimiyyətdən islahat: Abutalıbovun üç əcaib idarəsi ləğv edilir - Özəl siyahı

Abutalıbovun üç əcaib idarəsi ləğv edilir
Bakı şəhər İcra Hakimiyyətində saysız-hesabsız idarələr var ki, ləğvinə zərurət yaranıb

Politika.Az-a meriyadakı mənbələrdən daxil olan xəbərə görə,
bir çox qurumların struktur islahatları çərçivəsində ləğvi gündəmə gəlib.

Bu idarələrin bəzilərinin siyahısını ötən ilin sonunda təqdim etmişdik. Onların ardınca daha üç idarənin ləğvi gündəmə gəlib. Əslində, bu idarələrin varlığı hökumətin də, Bakı meri Hacıbala Abutalıbovun da yadından çıxıb.

Bəlkə də ictimaiyyət onların adını ilk dəfə eşidir. Ən dəhşətlisi budur ki, büdcəyə izafi xərc olan bu qurumların fəaliyyəti faydasız olub və heç bir nəticəyə əldə edilməyib

Gələn bilgilərə görə, İcra Hakimiyyəti Yanında Layihə Smeta Bürosu, Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən "İnterservis" müdriyyəti və Şəhər Kino Xidməti İdarəsi ləğv ediləcək.

Bu qurumların indiyə qədər fəaliyyətinin nədən ibarət olduğu, əməkdaşlarının hansı işləri həyata keçirdiyi, nə üçün əmək haqqı aldığı bilinmir.

İqtisadi böhran bu cür səmərəsiz qurumların ləğvini və birləşdirilməsini şərtləndirib. Çünki büdcədən artıq xərclər gedir və nəticə ortada yoxdur.

İcra Hakimiyyəti Yanında Layihə Smeta Bürosu, Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən "İnterservis" müdriyyəti və Şəhər Kino Xidməti İdarəsinin funskiyasının nə olduğu mətbuatda indiyə kimi görünməyib.

Politika.Az yada salır ki, Bakı şəhər İcra Hakimiyyətində kompleks struktur islahatları başlanır.

Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti ləğv olunacaq. Bu qurumlardan birinin işini Ekoogiya və Təbii Sərvətlər Nazirliyi, digərinin işini isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirə bilər.

Məlumatda deyilir ki, Bakı Şəhər Yollarının İstismarı İdarəsinin də səlahiyyətlərinin əlindən alınmasına hazırlıq gedir. Onsuz da “Azəravtoyol” ASC və Nəqliyyat Nazirliyi, kimi qurumlar fəaliyyətdədir.

BŞİH-nin Gənclər və İdman İdarəsi də ləğv ediləcək. Gənclər və İdman Nazirliyi bu qurumun funksiyalarını yerinə yetirə bilər. Həmçinin, Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti də ləğv oluna bilər.

Bu qurumlar illərlə büdcə pullarını talan edib və heç bir əhəmiyyəti olmayan işlər həyata keçirib. Meriyaya qarşısında qoyulan öhdəliklərdən biri də strukturl islahatlarına getmək, xərcləri azaltmaqdır.

Politika.Az



Oxunub: 9495


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il