Xalqa “otxod” demiş deputata danışmaq qadağan olunub - Şok təfərrüat

Xalqa “otxod” demiş deputata danışmaq qadağan olunub
Deputat Astan Şahverdiyevə qeyri-rəsmi moratorium qoyulub

Politika.Az-ın əldə etdiyi məlumata görə,
millət vəkilinə danışmaq yasaqlanıb.

Ötən ilin sonunda məcburi köçkünləri və Rusiyada işləyən azərbaycanlıları təhqir etmiş deputat susmaq azadlığı verilib.

Xalqdan üzr istəyən A.Şahverdiyevə görə az qala hakimiyyət 2016-cı ilin sonunda Quba hadisələrinin təkrarını yaşayacaqdı.

Amma çevik rəsmi reaksiyalar və onun üzrxahlığı ilə gərginlik səngidi, məsələ gündəmdən çıxarıldı. Deputatın bu çıxışından sonra təhlükənin sovuşması heç də Şahverdiyev üçün hər şeyin bitdiyi anlamına gəlməyib.

Onun mandatının ləğvi hələ də gündəmdədir və ən yaxşı halda 2020-dək susması əmr olunub. A.Şahverdiyevə qadağa qoyulub və açıqlama verə bilməz.

Politika.Az-ın məlumatına görə, millət vəkilinin cəbrayıllı məcburi köçkünlərlə görüşü də mümkün olmayacaq.

Bildirilib ki, insanların qabağına çıxmasa yaxşıdır. Hətta iddialara görə, deputat Astan Şahverdiyev Yeni Azərbaycan Partiyası sıralarından xaric edilə bilər.

Məlumata görə, millət vəkili xalqdan üzr istəməsinə baxmayaraq onun parlament iclaslarında iştirakı və partiyanın tədbirlərinə qatılması məqsədəuyğun hesab edilməyib.

Şahverdiyev tamamilə qırmızı xətləri keçdi və hətta üzr istəməsi belə gec oldu. Prezident köməkçisinin açıqlamasından sonra nəhayət, deputat xalqdan üzr istədi. Halbuki, üzrxahlığı cəmiyyətdən sərt qınaq və etiraz gələndə etmək olardı.

Politika.Az



Oxunub: 6787


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il