“Qara bazar” canlandı - Dollar 2 manata

“Qara bazar” canlandı
Banklarda dollar satışının dayandırılması “qara bazar”da valyuta mübadiləsini bahalaşdırıb

Politika.Az
fins.az-a istinadən xəbər verir ki, bu gün “qara bazar”da 1 ABŞ dolları 1. 9100 manata satılır.

Dolların alışı isə 1.9000 manat müəyyən edilib. Bəzi məntəqələrdə isə ABŞ valyutası hətta 1.9300 manata satılır.

Xatırladaq ki, dekabrın sonlarında “qara bazar”da fəaliyyət göstərən bir neçə nəfərin məsuliyyətə cəlb olunmasından sonra valyuta mübadiləsi ucuzlaşmışdı. Dollar alan və satanların cərimələnməsi və həbs edilməsi “qara bazarı” zəiflətmişdi. Ancaq yeni ildən bazar yenidən canlanıb. Valyutanın satış məzənnəsinin bahalaşması bunu deməyə əsas verir.

Politika.Az



Oxunub: 2682


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il