İslahatçı kadrdan revanş: nazirin vitse-prezidentlik yolu necə bağlandı? - Təfərrüat

 nazirin vitse-prezidentlik yolu necə bağlandı?
Vergilər naziri Fazil Məmmədovun vitse-prezidentlik yolu tamamilə bağlandı

Politika.Az-a daxil olan xəbərə görə,
nazirin bir müddət əvvəl bu post uğrunda səyləri nəticəsiz qalıb.

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Vergilər Nazirliyində yüksək post tutmuş Natiq Əmirov nazirin bu yüksəlişində hasar olub. F.Məmmədov birdəfəlik yeni təyinat şansını itirib.

Mənbənin qeydlərinə görə, iqtidar daxilində vitse-prezidentlik üstündə gedən didişmələrdə F.Məmmədov da iştirak edirdi. Amma peşəkar iqtisadçı olan N.Əmirovun bu posta yolunun açılması nazirin imkanlarını heçə endirib.

Çünki onun karyera yüksəlişi və prezidentin islahatçı komandasında iştirakı, dövlət başçısının inandığı adama çevrilməsi, ona etimad göstərilməsi vergilər nazirinin vitse-prezidentlik postuna yolunu qapadıb.

Politika.Az xəbər verir ki, nazirliyin sahibkarları 2 il vergi yoxlamasından məhrum edilməsi, prezidentin çıxışların birində Vergilər Nazirliyinə sərt sözləri artıq onun taleyini həll etmişdi.

Qardaş ölkənin tanınmış “ABC” qəzeti vitse-prezidentin adını elan etmişdi. Qəzetin əldə etdiyi məlumata görə, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun yeni posta təyin olunacaq.

Bu həm də o deməkdir ki, prezident İlham Əliyev ölkədə olmadığı müddətdə onun vəzifələrini N.Əmirov yerinə yetirməlidir.

Qəzet növbəti vitse-prezidentin isə vergilər naziri Fazil Məmmədov olacağına diqqət çəkib. Ancaq əsasən N.Əmirovun üzərində dayanıb və onun daha şanslı namizəd olduğunu yazıb. Bildirilib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır və N.Əmirovun məsələsinə baxılır.

Hakimiyyət daxilində uğurlu namizəd kimi onun adı irəli sürülüb. Prezidentin də N.Əmirova etimad göstərdiyi bildirilir.

Hətta onu sürpriz persona da hesab etmək olar. Çünki deputat Qüdrət Həsənquliyevin adını çəkdiyi şəxslər sırasında prezidentin hazırki köməkçisi yox idi. Eyni zamanda N.Əmirov ümumilikdə hakimiyyətdə reformist məmur kimi tanınır.

Politika.Az xatırladır ki, onun Vergilər Nazirliyindən gətirilərək prezident köməkçisi təyin olunması məhz iqtisadi biliklərinin yüksək səviyyədə olduğunu, operativ islahatlar görmək qabiliyyətinin olduğunu təsdiqləyir. Adı korrupsiyada keçməyib.

N.Əmirovun islahatçı olması və bürokratik əngəllərə qarşı mübarizə aparması hakimiyyətdə kök salmış bəzi talançı, korrupsioner məmurların ürəyincə olmayacaq.
Prezidentlə 1-ci vitse-prezidentin çiyin-çiyinə korrupsiya bəlasına qarşı mübarizə aparması odiozlaşmış qrupları narahat edəcək.

Politika.Az



Oxunub: 5282


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il