Deputatdan prezidentə təxribat: “Kristal Abşeron” istilik pulunu 30 qəpik qaldırdı - Təcili

 “Kristal Abşeron” istilik pulunu 30 qəpik qaldırdı
Bakıda tikinti şirkətləri sakinlərin başına təzə oyun açmağa başlayıb

Politika.Az-a verilən məlumata görə,
“Kristal Abşeron” növbəti qanunsuzluğa əl atıb.

Belə ki, “Kristal Abşeron” istilik pulunu kvadrat metri üçün 0.40 qəpikdən 0.70 qəpiyə qaldırıb. Şirkət rəhbərliyi bunu mavi yanacağın tarifinin artması ilə əlaqələndirməyə çalışıb.

Bununla sakinlər həm mənzilində işlətdiyi qazın, həm də şirkətin xərclərini ödəməyə məhkum olunub. Üstəlik, məbləğin 30 qəpik qaldırılması vətəndaşların cibinə girərək soyğunçuluq etməkdir.

Onsuz da əhalinin sosial vəziyyəti ağırlaşır, yaşamaq çətinləşir, gəlirlər azalır, xərclər çoxalır, bahalaşma və işsizlik artır.

Bu zamanda kreditlə ev alıb güc-bəla dolanan sakinlərin üstünə aır yüklər qoymaq qanunsuzluq və insafsızlıqdır. Sakinlər şirkətdən prezidentə şikayət etməyə hazırlaşır.

Politika.Az xəbər verir ki, sözügedən şirkətin rəhbərliyinə müraciət edən sakinlərə mühafizəçi kobud şəkildə cavab verib. Mühafizəçi deyib ki, rəhbərlik kimsəni eşitmək istəmir və hara istəyirlərsə şikayət etsinlər.

Bundan əlavə, “Kristal Abşeron” ikinci devalvasiyadan sonra payçıların başına müsibət gətirib. Şirkət sakinləri kredit ödənişlərini dollarla etməyə məhkum edib.

Müqavilədə məzənnə amilini göstərməklə hiyləgərliyə əl atmış tikinti şirkəti indi 50 kvadrat evdən 110 mindən çox pul qazanır. Bu dələduzluq azmış kimi, indi də isti suyun qiymətini artırmaqla insanları çətinə salırlar.

Politika.Az yada salır ki, bu şirkət deputat Ağalar Vəliyevə məxsusdur. Deputat birbaşa prezidentin daxili siyasətinə zidd addımlar atmaqla cibini doldurmağı düşünür.

Onu da deyək ki, deputat Ağalar Vəliyevin MTN çetesinin “toruna” düşməsi haqda yazdıqlarımız təsdiqini tapdı. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb.

Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb.

Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib.

Politika.Az



Oxunub: 4409


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il