Qulinin adamları Lənkəranskinin tərəfdarlarına belə işgəncə verir - Video (18+)

Qulinin adamları Lənkəranskinin tərəfdarlarına belə işgəncə verir
Azərbaycanda kriminal qruplaşmalar arasında dəhşətli vəziyyət hökm sürür. "Kriminal general” Rövşən Lənkəranskinin öldürülməsindən sonra bu sahədə hegemonluq üstündə sözün əsl mənasında ölüm-dirim mübarizəsi gedir

Politika.Az
bakipost.az-a istinadən xəbər verir ki, bu işdə hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarları vəziyyətə nəzarət etməyə başlayıb. Belə ki, onlar vaxtilə Lotu Quliyə qarşı olan adamları bir-bir cəzalandırır, "oğru dünyası”ndan xaric edirlər.

Bu sahədə ən amansız mübarizə isə şübhəsiz ki, Lotu Qulinin əsas düşməni olmuş Lənkəranskiyə yaxın hesab edilən adamlara qarşıdır. Buna görə də, İstanbulda qətlə yetirilən "qanuni oğru”ya vaxtilə yaxın olmuş adamlar çıxılmaz bir duruma düşüblər: onların bəziləri ağır işgəncələrə məruz qalır, aşağılanır, cinayətkar aləmdə biabır edilirlər.

Təqdim edəcəyimiz videoda da vəziyyətin nə dərəcədə dözülməz olduğu, insanlara qarşı hansı vəhşilikərin edilməsi öz əksini tapır. İşgəncə verilən adamların kimliyini imkan qədər gizli saxlamağa çalışmışıq. Amma kadrlardan açıq görünür ki, işgəncə verən şəxslər Lotu Qulinin adamlarıdır. Onlar "çarmıxa” çəkdikləri şəxslərin vaxtilə Lotu Quli haqqında dediklərinin hesabını soruşurlar, ağır işgəncələrə məruz qoyaraq "böyük qardaşdan” üzr istətdirirlər.

Məlumat üçün deyək ki, belə hesablaşma videoları kifayət qədər çoxdur və onlar sosial şəbəkələr, xüsusən də cinayətkar aləmə yaxın şəxslər arasında "Whatsapp” vasitəsilə yayılır. Bununla da "sındırılan” şəxslər ifşa edilir.

Lənkəranskiyə yaxınlığı bildirilən avtoritetlərdən ikisinə verilən işgəncənin videosunu təqdim edirik:



Politika.Az



Oxunub: 2582


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il