Ermənilər hərbçimizin meyitini Yerevana apardılar, şəhidin yeni fotolarını yaydılar

Ermənilər hərbçimizin meyitini Yerevana apardılar, şəhidin yeni fotolarını yaydılar
Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən Yerevana aparılıb

Ermənilər bu dəfə də şəhid hərbçimizin Yerevan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar. Modern.az erməni tərəfinin növbəti dəfə qeyri-humanistlik edərək yaydığı həmin fotoları sosial şəbəkədən əldə etsə də, onu sayta yerləşdirməyi məqbul saymır.

Xatırladaq ki, Çingiz Qurbanov dekbarın 29-da Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı şəhid olub. Onun cəsədi düşmənin əlinə keçib.

Azərbaycanın çağırışlarına vaxmayaraq düşmən şəhdimizn meyitini qaytarmağa tələsmir…

Qeyd edək ki, 22 yaşında şəhid olmuş Çingiz Salman oğlu Qurbanov Qusar rayonunun Həzrə kəndindəndir. Həzrə kənd orta məktəbini bitirən Ç.Qurbanov Azərbaycan Texniki Universitetinin məzunudur. O, universiteti bu il bitirib. İyul ayında isə Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

Çingiz Salman oğlu Qurbanov hərbi xidmətə getməzdən öncə ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayıb.

Politika.Az



Oxunub: 1429


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il