İqtidardan sürpriz reforma: Reyestr Xidməti ASAN xidmətə verilir - Təfərrüat

İqtidardan sürpriz reforma: Reyestr Xidməti ASAN xidmətə verilir
Hakimiyyət iqtisadi reformaları kadrlar müstəvisinə keçirir. İqtidarın siyasətinə başağrısı yaratmış məmurların dosyesi hazırlanıb...

Onların mərhələli şəkildə komandadan uzaqlaşdırılması planlaşdırılıb. Məqsəd daxili auditoriyanın narazı olduğu qüvvələri zərərsizləşdirməkdir.

Bu sensasion xəbəri Politika.Az-a sızdıran qaynağın sözlərinə görə, cəmiyyəti narahat edən problemləri həll etmədən dərinləşdirən qüvvələr var.

Onlar islahatlar dönəmində də özünü təsdiqləyə bilmədi. Hakimiyyətin sınaq imtahanından çıxa bilməyən məmurların zəiflədilməsi kursu götürülüb.

Mənbə qeyd edir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ASAN xidmətə verilməsi nəzərdə tutulur.

Bu strukturun fəaliyyəti ciddi şəkildə aqressiya və narazılıq yaradır. ƏDRX ölkədə korrupsiyalaşmış qurumlardan biri kimi ad çıxarıb.

Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı, sənədləşdirilməsi, vərəsələr arasında bölüşdürülməsi, rəsmiləşdirilməsi prosdurlarında bürokratik əngəllərlə üzləşir. Evlərə “kupça”ların verilməsi, həyət və bina evlərinin sənədləşdirilməsi rüşvətsiz həll olunmur.

Cəmiyyətdən gələn sosial sifariş ondan ibarətdir ki, komitənin Reyestr Xidməti ASAN-ın tabeliyinə verilsin. Prezidentin inqilabi layihələrindən olan ASAN xidmət vətəndaşların ürəyincə olan tək-tük qurumlardan biridir.

Politika.Az-a verilən xəbərə görə, Əmlak Komitəsi üçün ciddi itki olacaq Reyestr Xidmətinin alınması vətəndaşlar üçün əsl müjdədir.

Dövlət reyster xidmətinin rəisi Məhəmməd İmanov artıq həbsdədir. Onun əməlləri barədə geniş yazmağa hacət yoxdur və MTN işində də hansı “vəzifələri” yerinə yetirdiyi ictimaiyyətə aydındır.

Məhəmməd İmanov qeydiyyat idarələri rəislərindən topladığı bu vəsaitlər hesabına artıq ölkədə adlı-sanlı məmur oliqarxlardan birinə çevrilmiş və vətəndaşlardan əldə etdiyi milyonlar sayəsində özünə böyük biznes sahələri yaratmışdı.

Xidmətin əvəvlki rəisi Arif Qaraşovun dövründə də bu sahədə heç bir islahat olmayıb, korrupsiya yuvası kimi ad çıxarıb.

Bu xidmətin ASAN-a verilməsi həm də ixtisarlara səbəb olacaq. Dövlət strukturlarında çalışanların ştatları azaldılacaq və ixtisarlar aparılacaq. Bu proses məmur təbəqəsini əhatə edəcək.

Politika.Az



Oxunub: 5839


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il