Benzin bahalaşdı - Yüzlərlə market qarət edildi

Benzin bahalaşdı
Meksikada benzinin qiymətlərinə edilən artıma qarşı etirazlar nəticəsində talançılar yüzlərlə marketi qarət edib

Politika.Az
xarici mediaya istinadən bildirir ki, artan benzin qiymətləri üçün Meksikada başlayan aksiyalar nəzarətdən çıxıb. Etirazlar zamanı ən azı 300 dükan talan edilərkən, 700-dən çox adam saxlanılıb.

Hadisələrdə biri polis məmuru olmaqla iki nəfər həyatını itirərkən, baş verən qarət hadisələri ilə bağlı görüntülər də camaatın nə qədər qəzəbli olduğunu sübut edir. Talançılar televizorlardan tutmuş meyvə suyuna qədər hər növ məhsula hücum etdilər.

Ölən polis məmurunun Mexokodaki bir qaz stansiyasında qarətin qarşısını almağa çalışarkən həyatını itirdiyi açıqlanıb.

Əsas yolları bağlayan etirazçılar benzin doldurma stansiyalarına, marketlərə basqın edir.

Veracruz ştatındakı hadisələrdən zərər görməmək üçün təxminən 15 min mağaza açılmır.

Hökumət keçən həftə varlı təbəqələrin haqsız qazanc əldə etməsinə imkan verdiyi və bu səbəblə də benzin və mazutun qiymətlərindəki subsidiya xüsusiyyəti daşıyan tənzimləmələrə son vermişdi.

Dövlət başçısı Enrique Penya Nieto qiymətin 20 faiz artmasına yol açan qərarı müdafiə etmişdi.

Politika.Az



Oxunub: 1486


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il