Qazaxıstandan Ermənistana sillə kimi cavab - Azərbaycan barədə bizə şikayət etməyin

Qazaxıstandan Ermənistana sillə kimi cavab
Qazaxıstan növbəti dəfə Ermənistana sərt cavab verib

Politika.Az
xəbər verir ki, bir neçə ildir ki, Ermənistanda fəaliyyət səfiri Timur Urazayev “ocağa benzin töküb”. Erməni mətbuatına müsahibə verən səfir Ermənistan prezidentinin çoxsaylı narazılıqlarını nəzərə alaraq Kollektiv Təhlükəsizlik Şurasının fəaliyyətinin effektivliyi barədə sualları cavablandırıb.

Məlum olduğu kimi, Serj Sarkisyan Azərbaycan tərəfindən Ermənistanla sərhəd xəttində atəşkəs rejiminin pozulması məsələsinə KTMT-yə üzv ölkələrin münasibətindən hiddətlənib.

Suala cavab olaraq qazaxstanlı diplomat belə cavab verib: “Ermənistan Azərbaycan sərhəd xəttində problemlər mahiyyət etibarilə Ermənistanla yox, Dağlıq Qarabağ problemi ilə əlaqəlidir”.

Səfir sözlərinə belə davam edib: “Birincisi, KTMT-nin nizamnaməsində dəqiq qeyd edilib ki, təşkilata üzv ölkələr bir-birinə bu quruma daxil olmayan üçüncü dövlət tərəfindən edilən xarici təcavüzü dəf etmək üçün kömək etməlidir. Tavuş bölgəsindəki sərhəd xətti Ermənistanın nəzarəti altında olan Azərbaycan rayonları ilə həmsərhəddir. Biz əvvəldən də Qazaxıstanda da, Rusiyada da və KTMT-yə üzv digər ölkələrlə dəqiq və açıq şəkildə mövqeyimizi sərgiləmişik ki, əgər söhbət üçüncü dövlətin xarici aqressiyasından gedirsə bu başqa məsələdir. Amma əgər bu məsələ Dağlıq Qarabağa aiddirsə, bu başqa söhbətin mövzusudur”.

Timur Urazayev buna görə də Qazaxıstanın mövqeyi düzgün olduğunu qeyd edib: “ Dağlıq Qarabağ problemini biz KTMT nizamnaməsinə uyğun olaraq həll edilən məsələlərdən ayırırıq. Biz problemin dinc yolla həllini arzulayırıq”.

Politika.Az



Oxunub: 796


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il