Azərbaycanda məmurun qardaşı 10 kilo narkotiklə tutuldu - Foto

Azərbaycanda məmurun qardaşı 10 kilo narkotiklə tutuldu
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllı rayon sakinləri narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb.

M.Mehrəliyevin idarə etdiyi "Niva" markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Şükür Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır.

Şükür Hümbətov İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə onun böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olduğu bildirilir.

Saxlanılan Ş.Hümbətov və M.Mehrəliyev Ağdam rayonundan köçkün düşüblər.

Azərbaycanda məmurun qardaşı 10 kilo narkotiklə tutuldu

Politika.Az



Oxunub: 2296


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il