Turan İbrahimovdan sərt açıqlama - “O, nə zibildi ki...”

Turan İbrahimovdan sərt açıqlama
“Özcan Dənizin erməni dilində mahnı oxuması məni də çox qıcıqlandırdı. Türkün ağzına ermənicə yaraşmır axı! Amma Özcan nə zibildi ki, onu bütün türkiyəli qardaşlarımızı qınayacaq qədər böyüdürsünüz”

Bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov söyləyib.

O bildirib ki, Özcan Dənizin ermənicə mahnı oxuduğu verilişin aparıcısı olan Sırrı Sakık PKK terror təşkilatının siyasi qanadı olan HDP-nin deputatıdı və bu amili diqqətdən qaçırmaq olmaz:

“Hazırda Türkiyədə onun haqqında istintaq araşdırması gedir. Dəfələrlə Türkiyənin və türklüyün əleyhinə yönəlmiş çıxışları ilə diqqət çəkib.

HDP erməniləri dəstəkləyən PKK üzvlərinin sığındığı yerdir. Bir sözlə, Özcan əqidəsiz mütrüf, Sırrı isə alçaq terrorçu küçüyüdür. O iki satqına görə türkiyəli qardaşlarımızı qınamayın. Və ən əsası hansısa türk düşmənlərinə imkan verməyək ki, bizi qardaşlarımıza qarşı qaldırsınlar. Çünki hər an azərbaycanlıları və türkiyəliləri bir-birindən küsdürmək istəyən qüvvələr fürsət gözləyirlər. Buna imkan verməyək.

T.İbrahimov deyib ki, bəzi məşhurlarımız da əsl məsuliyyətsizlik edirlər:

“Durub öz uğursuzluqlarını, natamamlıqlarını reallıqları nəzərə almadan kinə-küdurətə çevirib, qusurlar. Nəzərə almırlar ki, çox yersiz şəkildə demoqogiya ilə məşğuldurlar. Məsələni Özcan, nə bilim kim miqyasından çıxardıb Azərbaycan ictimaiyyətini Türkiyə əleyhinə qaldırırlar. Bu da düşmənə bir başqa formada xidmətdir!” (Publika.az)

Politika.Az



Oxunub: 2337


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il