Nuraya qarşı edilənlər açıq-aşkar cinayətdir - Vəkil

Nuraya qarşı edilənlər açıq-aşkar cinayətdir
10 yaşlı Nurayla bağlı baş verənlər iki gündür medianın diqqət mərkəzindədir. İllər əvvəl xəstə həyat yoldaşından və övladından imtina etmiş atanın indi uşağını geri istəməsi, 10 yaşlı qıza qarşı məhkəmədə edilən zorkalılaqlarla bağlı artıq Ombudsman Aparatı və rəsmi qurumlar hərəkətə keçib

Bəs icra məmurlarının bu hərəkətlərinin hansı hüquqi əsası var? Onlara 10 yaşlı uşağa qarşı belə kobudluqlar etmək səlahiyyətini kim verib?

Vəkil Aslan İsmayılov Quba rayon Məhkəməsində baş verənlərlə bağlı firkirlərini bildirib.

Görünən odur ki, məhkəmə uşağın xalasından alınıb atasına verilməsi haqqında qətnamə qəbul etmiş və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra İcra Vərəqəsi əsasında icraya başlanılmışdır. Diqqətinizə çatdırım ki, bu barədə qərar qəbul edən məhkəmə hökmən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə almalıdır. Həm məhkəmə, həm də Komissiyanın qəbul etdikləri qərarlar ancaq uşağın mənafeyini nəzərə almaqla, onun yaşayış tərzinin normal olmağına yönəlməlidirlər.

Həmin sənədlərlə tanış olmadığımdan qəti fikir bildirmirəm. Ancaq videodan göründüyü kimi (uşağın fəryadla xalasına sığınaraq ona “ana” deyə müraciət etməsi, atasını tanımadığı kişi adlandırması, atanın davranışı, söyüşləri, uşağı yerlə sürüməsi, uşağın fəryadına fikir verməməsi və s. hallar) həmin qurumların qərarlarını qanuni və əsaslı hesab etmək olmur. Konkret olaraq icra mərhələsinə gəlincə isə İcra Vərəqəsini icra edən icra məmurları “İcra haqqında” AR Qanununun 70-ci maddənin tələblərini pozmuşlar. Belə ki, həmin Qanunun 70.4-cü maddəsində qeyd olunduğu kimi, icra sənədinin icrası mümkün olmadıqda (videodan bu açıq aşkar görünür), icra məmuru icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan məhkəməyə şikayət verə bilərlər. Məhkəmə artıq işin icrasının mümkünlüyünə baxmalıdır. Məhkəmə icraçılarının uşağa qarşı olan zorakılığa, onun psixi sarsıntı keçirməsinə, atanın uşağa qarşı zor işlətməsinə biganəliyi birbaşa qanun pozuntusudur.

Uşağı zor tətbiq etməklə alınması, bundan sonrakı hərəkətləri (sanki qatı cinayətakarı aparmaları, “davay davay, vsyo, getdik” demələri) isə açıq-aşkar cinayətdir. İcra işində yaranmış problemlər uşağa qarşı psixi və fiziki zor tətbiq etməklə deyil, icra məmurlarının qanun çərçivəsində atdığı addımları ilə həll edilməlidir.

“Uşaq hüquqları haqqında” AR Qanununun 5-ci maddəsinin tələbinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Konkret halları bilmədiyimdən fikir yürüdə bilmirəm. Ancaq əminəm ki, uşağın atasının qızı almaqda məqsədi xüsusi araşdırılmalıdır. Videoda bir anlığa atanın ekrana tuşlanmış baxışları onun hökmən həkim müayinəsindən keçirilməsini zəruri edir. Bildiyim odur ki, uşağın həyatı təhlükədədir və müvafiq orqanlar istirahət günlərinə baxmayaraq, birbaşa vəzifələrini icra etməlidirlər.

(qaynarinfo.az)

Politika.Az



Oxunub: 554


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il