Bakıda evlərin qiyməti ucuzlaşacaq

Bakıda evlərin qiyməti ucuzlaşacaq
Bu il paytaxtın əmlak bazarında qiymətlər azalacaq. İlin birinci yarısında qiymətlərdə həm dollar, həm də manatla ifadədə artım müşahidə olunmayacaq

Politika.Az
xezerxeber.az-a istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, 2015-2016-cı il paytaxtın mənzil bazarı üçün uğursuz və qeyri-sabit bir il olsa da, bu il qiymətlərin sabitləşəcəyi ehtimal olunur. Tələbin azalması və üstəlik təklifin çox olması bazardakı qiymətlərdən yan keçməyəcək.

Qiymət azalmalarına təsir edəcək başqa bir səbəb isə Rusiyada yaşayan azərbaycanlıların paytaxtdan mənzil almağa meyilli olmamalarıdır. Başqa bir səbəb isə evlərin gəlir mənbəyi kimi cazibəsini itirməsidir. Əgər əvvəlki illərdə mənzillər ucuz alınıb müəyyən bir müddətdən sonra baha satılaraq əlavə qazanc gətirə bildisə, artıq cari ildə bu real görünmür. Bu da qiymətlərin azalmasına səbəb olur.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, ilin birinci yarısında qiymətlər azalsa da, ikinci yarısından sonra isə qiymətlərdə sabitləşmə başlayacaq.

Əmlak eksertləri isə bu il mənzil alqısının paytaxtın bəzi zonalarında artacağını proqnozlaşdırırlar.

Ekspert Nüsrət İbrahimovun fikrincə, bu ilin mənzil alqısı baxımından uğurlu olmasının başqa bir səbəbi sosial evlərin tikintisi və ipoteka kreditlərinin verilməsidir.

Politika.Az



Oxunub: 1026


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il