İcra başçısından qəfil dəyişiklik - Şöbə müdiri redaktor, şəhər meri isə şöbə müdiri təyin edildi

İcra başçısından qəfil dəyişiklik
Lənkəran şəhər İcra Hakimiyyətində dəyişiklik olub

Politika.Az
mia.az-a istinadən xəbər verir ki, bu barədə "Cənub xəbərlər" qəzetinin baş redaktoru Zahir Əmənov məlumat verib.

Onun sözlərinə görə, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev bu gün vəzifəsindən azad olunub:

"Uzun müddət Lənkəran İcra Hakimiyyətində müavin, şöbə müdiri işləyən Əlmərdan Əliyev vəzifəsindən azad edilərək, "Lənkəran" qəzetinə baş redaktor təiyin edilib. Onun əvvəlki postuna, yəni İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində isə şəhərin "meri" Zaur müəllim təyinat alıb. Zaur müəllimin yeri isə hələlik boşdur".

Xatırladaq ki, "Lənkəran" qəzeti şəhər icra hakimiyyətinin rəsmi mətbuat orqanıdır.

Qəzetin əvvəlki baş redaktoru İltifat Əhmədova gəldikdə isə, ona hansısa vəzifə verilib-verilmədiyi haqda xəbər yoxdur.


Politika.Az



Oxunub: 2922


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il