Rəsmi şəxslər Nurayla görüşür - Qənirə Paşayeva da ordadır

Rəsmi şəxslər Nurayla görüşür
Ədliyyə Nazirliyinin icra baş idarəsinin Quba icra şöbəsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiyası Quba rayonuna səfər edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunan komissiya üzvləri 10 yaşlı Nuray və ailə üzvləri ilə görüşür.

Görüşdə komitənin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva, Quba rayon İcra Hakimiyyətinin üzvləri iştirak edir. Görüşdə jurnalistlərin iştirakına icazə verilməyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.(apa)

Politika.Az



Oxunub: 1181


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il