Azərbaycanlı gənclər “O səs Türkiyə”dən kənarlaşdırıldılar - Video

Azərbaycanlı gənclər “O səs Türkiyə”dən kənarlaşdırıldılar
Azərbaycanlı ifaçılar - Zülfi Əsədov, İlham Nəzərov və Müşfiq Əliyevin “O səs Türkiyə” müsabiqəsinə qatılması barəsində xəbər vermişdik. Təəssüf ki, hər üç müğənni yarışmadan kənarlaşdırılıb

Politika.Az
xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova “Facebook” hesabında məlumat yayıb.

“Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi Allah bilir. Amma kiçik bir iradımı qəbul edin. İrad bildirəndə onu kökündən kəsib atmayın, səhvini düzəltmək şansı olanları və diri qalmaq istəyənləri söz ilə öldürməyin. Türkiyənin “O səs Türkiyə” müsabiqəsində bəstəkarlarımız və musiqilərimizin adları anonim yazılıb. Doğru olaraq yazırsınız ki, bununla qəlbimizə toxunurlar. Mən də bundan çox narahat olmuşam, qəlbim dəfələrlə qırılıb. Axı niyə? Onlar bizim qardaşımızdır axı...

Amma, qurban sizə irad bildirəndə elə edək, elə başa salaq ki, bu, bir də təkrarlanmasın. Yoxsa hər şeyi kökündən elə kəsirsiniz ki, bunun əziyyətini istedadlı gənclərimiz çəkir. Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi belə oldu. Hazırda “O səs Türkiyə” yarışmasından Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər isteadadlı azərbaycanlı səs sahibləri uzaqlaşdırıldılar. Baxmayaraq ki, münsiflər yalvararaq onları komandalarında körmək istədiklərini demişdilər. Mənim fikrim budur. Onlar sizin yazdığınız haqlı iradlara cavab olaraq istedadlı balalarımızı yarışdan kənarlaşdırdılar. Canları sağ olsun, təki Türkiyə yaşasın, başı bəla görməsin, təki dərdləri bir yarışma dərdi olsun. Türkiyə, nə olursa-olsun, Azərbaycan həmişə sizinlədir”.

Azərbaycanlı gənclər “O səs Türkiyə”dən kənarlaşdırıldılar



Politika.Az



Oxunub: 1057


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il