Kurtlar Vadisinin yayımı ilə bağlı son qərar verildi

Kurtlar Vadisinin yayımı ilə bağlı son qərar verildi
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı yeni xəbər yayılıb

Politika.Az
-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın bu mövsüm ekranlarda olmayacağı dəqiqləşib. Bu barədə layihənin yayımlanacağı gözlənilən "360 TV"dəki "Aklınızda kalmasın" proqramında deyilib.

Bunun əvəzində "Pana Film" "Kurtlar vadisi"nin yeni filmlərinin çəkilişlərinə hazırlaşır. Belə ki, qarşıdakı aylarda aktyorlar "Kurtlar Vadisi Kipr", daha sonra isə "Kurtlar Vadisi Darbe" üçün kamera qarşısına keçəcəklər.

Filmlərdə yenə də xarici ulduz olacağı deyilir. Hazırda aktyor heyəti hazırlıqlar üçün Kipr və digər ölkələrdə səfərdədirlər.

Bu barədə "Kurtlar Vadisi Pusu"nun aktyor Cahit Kaya da sosial şəbəkədə açıqlama yayıb.

Politika.Az



Oxunub: 1929


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il