“ATV” telekanalından məktəb rəhbərliyinə sərt mesaj - Video

“ATV” telekanalından məktəb rəhbərliyinə sərt mesaj
"ATV” telekanalı "Yoxlama” verilişi ilə bağlı bu gün yayılan xəbərə reaksiya verib

Azad Azərbaycan Teleradio Yayım Kompaniyası bəyan edib ki, kanalda yayımlanan "Yoxlama” verilişinin ətrafında qoparılan növbəti süni və saxta hay-küy tamamilə əsassızdır:

"Həmçinin məlum məktəb rəhbərliyi tərəfindən fəaliyyətlərindəki nöqsanların ifşasının qarşısını böhtan atmaqla örtməyə çalışmaqdan başqa bir şey deyil. Dəyərli Azərbaycan ictimaiyyətinə müraciət edir və bildiririk ki, 10 yanvar tarixində, saat 23:00-da ATV kanalında "Yoxlama" verilişinin sözügedən buraxılışını izləyərək, məlum iddiaların nə qədər əsassız və yersiz olduğunu öz gözləri ilə görə bilərlər.

Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi. Yoxlamanın nəticəsini isə özünüz yanvarın 10- u, 23:00 –da görəcəksiniz".

Xatırladaq ki, sözügedən bəyanatın verilməsinə səbəb Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verən hadisə olub

Belə ki, məktəbin rəhbərliyi bildirib ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən "Yoxlama” verilişinin aparıcısı Azər məktəbə gəlib:

"Onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu, ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 "əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olublar.

Onlar təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Gələnlər məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət vermədən özlərini sözün həqiqi mənasında qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin "çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olub ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6 E sinif şagirdini kobudcasına itələyərək yıxaraq ona xəsarət yetiriblər”.



Politika.Az



Oxunub: 908


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il