Vitse-prezidentlər 2018-ə qalmadı: Zahid Orucdan eksklüziv - Açıqlamalar

 Zahid Orucdan eksklüziv
Ötən gün mətbuatda yanvarın sonuna qədər vitse-prezidentlərin təyin olunacağı xəbəri yayıldı

Gununsesi.info ilkin namizədlər kimi baş nazirin müavinləri - Əli Əhmədov və Əli Həsənovun adlarını açıqlamışdı.

Məlumata görə, adıçəkilən namizədlər səbəsiz deyil. Hər iki şəxs istər hakimiyyətə sədaqətinə, istərsə də təşkilatçılıq və idarəçilik qabiliyyətinə görə etimadı doğruldublar.

Bu mövzuda danışan deputat Zahid Oruc Politika.Az-a bildirib ki, məsələyə şəxslər üzərində dayanmaq düzgün yanaşmaq deyil.

Millət vəkilinin sözlərinə görə, vitse-prezidentlik institutunun yaradılmasında idarəetmə sisteminin çevikləşməsi, dövlət başçısı ilə icra strukturlarının əlaqəsiningenişləndirilməsi, islahatların dərinləşməsi, idarəetmədə mühüm modellərin tətbiqi əsas məqsəd kimi götürülüb.

Deputatın fikrincə, vitse-prezidentlərin təyinatı 2017-ci ildə gerçəkləşəcəyi ən çox irəli sürülən fikirlərdir: “Bu məsələdə adlar çəkməkdən uzaq durmağın tərəfdarıyam. İlk növbədə 2017-ci ilə hansı reallıqla daxil olmuşuq, bunlara nəzər yetirmək lazımdır:

Əvvəla, bu il mühüm iqtisadi çağırışlar qarşısındayıq. Maliyyə-bank sektorundakı vəziyyətlə bağlı əhalinin mühüm hissəsi bu müəssisələrlə çəkişmədədir, manatın qeyri-sabit məzənnəsi iqtisadi aktivliyi aşağı salıb, ticari əlaqələrə təsir edib, investisiya mühiti zərər görüb. Və belə bir vaxtda prezident çox əhəmiyyətli addım atdı - “Strateji Yol Xəritəsi”ni qəbul etdi.

Ona görə də vitse-prezidentlərin kimlərin təyinat olunacağından çox,bu institutun yaradılmasına islahatların dərinləşməsi, bürokratik əngəllərin aradan qaldırılması və s. önəmli problemlərin həlli kimi yanaşmaq lazımdır. Bu mənada 2017-ci ilin yarısında mənfi tendensiyaları durdurmağın mümkün olacağını hesab edirəm”.

Z.Oruc vitse-prezident təyinatlarının 2018-ci ildə keçiriləcək prezident seçkilərindən sonraya qalacağını düşünmür: “Hüquqi normativ aktlara görə, vətəndaşların xeyrinə dərhal tətbiq oluna bilər.

2002 və 2009-cu illərdə referendumlar olub. O zaman konstitusiyadakı müddəalar dərhal tətbiqə yönəldilmiş hüququ qazanıb. Bu təyinatlar prezidentlik zamanına yanaşma kimi qəbul oluna bilməz”.


Politika.Az



Oxunub: 6907


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il