Ürəkparçalayan xəbər: Politika.Az satışa çıxarılır - Açıqlama

Ürəkparçalayan xəbər: Politika.Az satışa çıxarılır
Politika.Az xəbər portalı barədə ürəkparçalayan xəbər var

Portalın baş direktoru Xəyyam Salmanzadə şəxsi problemləri ilə əlaqədar saytı satışa çıxarmaq qərarı verib.

Ölkənin aparıcı elektron media quruluşlarından biri olan, populyarlıq qazanan və günbəgün oxucu auditoriyası artan xəbər portalı satışa açıq elan olunub.

Bu barədə Politika.Az-a danışan X.Salmanzadə qeyd edib ki, bunun səbəbi şəxsi problemləridir və jurnalistika fəaliyyətini davam etdirmək enerjisi qalmayıb:

“Çox təəssüf ki, belə bir təhlükə var və portalı satışa çıxarmaq məcburiyyəti ilə üzləşmişəm. Saytın inkişafının ən qızıl dövründə bu addımı atmaq olduqca ağırdır.
Çünki Politika.Az mənim öz balam kimidir və gecə-gündüz bilmədən onun inkişafı üçün canımı fəda etmişəm. İndi bu çətin qərarı vermək, öz balandan ayrılmaq asan deyil.
Sadəcə, ailədə bəzi problemlər var, himayəmdə xəstə var, müalicəsi üçün gecə-gündüz özümü od-alova atıram. Ona görə də saytın işini davam etdirmək imkanı qalmır.
Bundan əlavə, xeyli vaxtdır ki maliyyə sıxıntıları içindəyik, məhdud maddi çərçivədə fəaliyyət göstərə bilirik. İxtisarlara getmək məcburiyyətində qalmışam.
Bütün bunlar üst-üstə gəlib, həm himayəmdə xəstənin olması, həm maddi çətinlik saytı satışa çıxarmağa vadar edir. Ümid edirəm ki, problemin daha yumşaq həlli yolunu tapacağam. Əks təqdirdə, Politika.Az-a başqası rəhbərlik edəcək”.



Politika.Az



Oxunub: 5838


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il