Ermənilər həlak olan əsgərimiz barədə xəbər yaydı

Ermənilər həlak olan əsgərimiz barədə xəbər yaydı
“Hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan və Ermənistan tərəfi ilə həlak olmuş hərbçinin cəsədinin qaytarılması üçün danışıqlar aparır. Danışıqlar konfidensial olduğu üçün onun detallarını açıqlaya bilmərik. Neytral tərəf olaraq, razılıq əldə olunan kimi azərbaycanlı hərbçinin cəsədinin qaytarılması prosesində iştirak edə bilərik”

Politika.Az
xəbər verir ki, bu barədə Beynəlxaql Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Asmik Qalstyan məlumat verib. Qalstyan cəsədlə bağlı danışıqların davam etdiyini bildirib.

Xatırladaq ki, 2016-cı il dekbabrın 29-da Azərbaycan-Ermənistan sərhəddində düşmən təxribatının qarşısını alarkən hərbçimiz Qurbanov Çingiz Salman oğlu şəhid olmuşdu. Onun cəsədi düşmənin əlinə keçmişdi. ATƏT və beynəlxalq təşkilatlar Ermənistandan hərbçinin cəsədinin qaytarılmasını tələb edib.

Politika.Az



Oxunub: 1653


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il