Nurayın atası xalası ilə barışdı: "Uşaq onlarda qalacaq" - Video

"Uşaq onlarda qalacaq"
"Nurayın xalasıgillə barışdım. Uşaq onlarda qalacaq"

Bunu İstiPress-ə Nurayın atası Əvəz Bayramzadə deyib. O, bildirib ki, uşağı nə vaxt istəsə görə bilər. “Mən özüm ailəm ilə fikirləşdim ki, belə məsləhətli olar. Həm də özüm də uşaq həkimiyəm. Həkimlər ilə razılaşdıq ki, belə məsləhətlidir. Nuray xalası ilə Qubada qalacaq. Uşağın da psixoloji problemi olmaz".

Ə.Bayramzadə əlavə etdi ki, Nuray nə vaxt istəsə ki, mənimlə qalsın o vaxtı da xalasından ayrıla bilər.

Qeyd edək ki, Əvəz Bayramzadə ötən gün İstiPress-ə danışaraq bildirmişdi ki, ikinci həyat yoldaşına arxalanaraq Nurayı istəyib. "Həyat yoldaşım ali savadlı müəllimədir. Öz həyat yoldaşıma arxalanıb o uşağı gətirirəm. Mən ixtisasca həkiməm və gecələr növbədə oluram. Əgər həyat yoldaşıma arxalanmasaydım, heç vaxt o uşağı tələb etməzdim. Sadəcə, görüş günləri alardım".



Politika.Az



Oxunub: 904


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il